Məhkəmə qərarları › İş №2(103)-7883/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7883/2020

27.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7883/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddaçı İddiaçı, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-522/2020 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı üzrə yerləşən əmlakın 50 faizinə onun vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, həmin əmlakın 50 faizi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və həmin əmlakın 50 faizi üzərində mülkiyyət hüquqlarına malik olmağı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-522/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(004)- 522/2020 saylı qərardadı ilə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar təqdim edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(004)- 522/2020 saylı qərardadı ilə İddiaçı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 522/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-522/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti 2(004)-522/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikyət onunla əsaslandırılmışdır ki, həmin qətnamə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir və iddiaçı tərəfindən bir dəfə artıq apellyasiya şikayəti məhkəməyə verilmiş lakin, apellyasiya şikayəti qüsurlu olduğundan geri qaytarılmışdır. İddiaçı tərəfindən ikinci dəfə apellyasiya şikayəti verilmişdir lakin bu zaman qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddət zaman aşımına uğramış və iddiaçı tərəfindən müddət ötürülmüşdür. Bununla da sözügedən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 522/2020 saylı qətnaməsi öz qanuni qüvvəsini almışdır. Məhz bu səbəbdən məhkəms tərəfindən iddiaçının ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin edilə bilməzdi. Eyni zamanda bildirir ki, iddiaçı məhkəmə baxış iclasında bildirir ki, onun tərəfindən apellyasiya şikayəti ödəniş qəbzi ilə birlikdə elektron məhkəmə portalı vasitəsilə məhkəməyə göndərilmiş, lakin, texniki səbəblərdən Yasamal Rayon Məhkəməsi tərəfindən şikayət alınmamışdır. Lakin, buna dair heç bir sübut təqdim edilməmiş və məhkəmə tərəfindən bu məsələ araşdırılmadan ərizə təmin edilərək, müddətin bərpa edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli, 2(004)- 522/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı şikayətə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-522/2020 saylı qətnaməsi xx.xx.2020-ci il tarixdə İddiaçı təqdim edilmidir. O isə öz növbəsində xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayəti geri qaytarıldıqdan sonra xx.xx.2020-ci il tarixdə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya şilayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət cavabdehin formal mülahizələrinə əsaslanır və öz təstiqini tapmır. Görüdüyü kimi şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(004)-522/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(004)- 522/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar