Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6871/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-522/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı üzrə yerləşən əmlakın 50 faizinə onun vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, həmin əmlakın 50 faizi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və həmin əmlakın 50 faizi üzərində mülkiyyət hüquqlarına malik olmağı barədə Daşınmaz Əmlakın Doviət Reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-522/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinintəmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə Yasamal Rayon Məhkəməsindən xx xxxxxx 2020-ci il tarixli 2(004)-522/2020 saylı məktub daxil olmuşdur və məktubda qeyd edilmişdir ki, Cavabdeh2 Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-522/2020 saylı qərardadının ləğvi ilə bağlı ərizə vermişdir. Həmin ərizəyə baxılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6871/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6871/2020
22.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver