Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-363/2021 17.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştiraki ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 17 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, "RJ CHİMİCAL" şirkətində satış nümayəndəsi vəzifəsində işləyir, işlədiyi şirkətin Ucar şəhəri ərazisində filialı və anbarı yerləşir. Həmin yerdə Mərkəzi Aran rayonlarına "RF CFİİMİCAL" şirkətinə məxsus olan yuyucu vasitələrinin satışı ilə məşğul olur, Cavabdeh ilə 2019-cu il tarixdə tanış olmuş, ondan bir neçə dəfə nəğd pulunu verib mal (yuyucu vasitələri) almışdır.Cavabdeh 24.01.2020-ci il tarixdə Ucar rayonunda yerləşən anbara gələrək ******* nömrəli Qaimə faktura əsasında 326.87 manat məbləğində yuyucu vasitələri alaraq aparmışdır. Bundan sonra Cavabdeh yenə həmin günü 24.01.2020-ci il tarixdə Ucar rayonunda yerləşən anbara gələrək ******* nömrəli qaimə fakturası əsasında 5002.70 manat məbləğində yuyucu vasitələri almış pulunu 1 həftəyə verəcəyini bildirmişdir. 25.01.2020-ci il tarixdə Cavabdeh şirkətə məxsus Ucar rayonunda yerləşən anbara gələrək ******* nömrəli qaimə fakturası əsasında 6118 manat məbləğində yuyucu vasitələri alaraq aparmışdır.14 fevral 2020-ci il tarixdə Cavabdeh yenə anbara gələrək 4500 manat məbləğində yuyucu vasitələri alaraq aparmışdır. Əvvəlcədən razılaşdıqıları və aralarında bağladıqları müqaviləyə əsasən cavabdeh borclu qaldığı 18000 manat pulu 3 aya kimi ödəməli olduğu halda ödəməmişdir. Cavabdeh 18000 manat borclu olmasına dair öz xətti ilə qəbz yazıb vermişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tarixlərdə 18.000 manat dəyərində yuyucu vasitələri nisyə almış, lakin qeyd edilən mallarının dəyərini iddiaçıya qaytarmamışdır. İddiaçıya olan borcunu qaytaracaqdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Qaimə fakturalardan görünür ki, Cavabdeh İddiaçı 2020-ci ilin yanvar-fevral aylarında 18.000 manat dəyərində yuyucu vasitələr almışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı 2020-ci ilin yanvar-fevral aylarında 18.000 manat dəyərində yuyucu vasitələr nisyə almış, həmin pulu 3 aya qaytaracağını öhdəsinə götürmüş, lakin həmin pulu iddiaçıya qaytarmamışdır. İddiaçı məxsus 18.000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 18.000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-363/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-363/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver