Məhkəmə qərarları › İş №2(046)-369/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-369/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-369/2022 02.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 442.50 manat dəymiş ziyanın ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB-nin nümayəndəsi X4 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu Bığır kəndində yaşayan Cavabdeh1 26 iyun 2021-ci il tarixində, saat 00:30 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil ‘Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarında olan D- 108 mm-lik orta təzyiqli qaz kəmərinə çırpılaraq qaz kəmərinin yol keçid hissəsini 2 yerdən qırmışdır.Qaz kəmərinin qırılması nəticəsində təxminən 2 saat müddətində qaz itkisi baş vermişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın hesablanması zamanı İddiaçınə ümumilkdə 592.50 (beş yüz doxsan iki) manat 50 qəpik məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bura qaz kəmərinin qırılması və təmiri zamanı itkiyə getmiş təbii qazın dəyəri və xəttin təmirinə sərf edilmiş mal-materialın qiyməti daxildir.Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 01,07.2021-ci il tarixli, SOCAR**********30490075X00118 nömrəli məktubla Göyçay rayon Polis şöbəsinə müraciət edilmiş, Göyçay rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli,196- 19550-1221 nömrəli məktubla baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş inzibati protokol və qərar təqdim edilmişdir. Bundan başqa qeyd etmək istəyirəm ki,hesablanmış dəymiş 592.50 (beş yüz doxsan iki) manat 50 qəpik ziyandan avtomobilin sığorta edildiyi Cavabdeh2 sığorta şirkəti tərəfindən cəmi 150 manat ödəniş edilmiş, yerdə qalan məbləğ nə Cavabdeh1 tərəfindən, nə də Cavabdeh2 sığorta şirkəti tərəfindən ödənməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 26 iyun 2021-ci il tarixində idarə etdiyi VAZ 21063 markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı qaz xəttinə ziyan dəymişdir. İddiaçının qeyd olunan ziyanın ondan tələb etməsini əsassız hesab edir belə ki, həmin ziyan "xxxx" ASC tərəfindən ödəniləcəkdir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta Şirkətində sığorta olunan “Vaz 21061” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə qaz borusuna zərər vurmuşdur. İddiaçının iddiasına görə qaz borusuna vurulan zərər nəticəsində qaz itkisi baş vermişdir. Cavabdeh2 Sığorta Şirkəti qaz borusuna dəyən zərəri 150 manat məbləğində müəyyən edərək, İddiaçınə həmin məbləğdə sığorta ödənişini vermişdir. Bu faktı iddiaçı İddia ərizəsi ilə etiraf edir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Göyçay rayon Bığır kəndində qeydiyyatda olan X3 26 iyun 2021-ci il tarixində, saat 00:30 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 592.50 manat maddi ziyan dəymiş, qeyd edilən maddi ziyanın 150 manatı "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 26 iyun 2021-ci il tarixində, saat 00:30 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 2 saylı QPS-dən qidalanan qaz kəmərindən yerin üstə sahəsinə çıxan d-108-mm-lik qaz xəttinin yol keçid hissəsi iki yerdən qırılmış, nəticədə iki saat müddətində 0.15 bar təzyiqdə təbii qaz havaya axmışdır. Qəza zamanı yararsız hala düşmüş d-108-mm-lik qaz xəttinin yol keçid hissəsi bərpa edilmişdir. Nəticədə Azəriqaz İBə 592.50 manat maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanın 150 manatı cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehlərdən 442.50 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “icbari Sığortalar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün müiki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqiiyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “İcbari Sığortalar haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak' məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məosədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi İlə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi iiə görülən tədbirlər nəticəsində əmələ gələri digər zərərlər. Göründüyü kimi qaz itkisinə görə sığorta şirkəti məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, iddia "xxxx" ASC-yə qarşı təmin edilə bilməz. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 maddi ziyanın əvəzi kimi 442.50 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi kimi 442.50 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilsin. İddia Atəşgah Sığorta Şirkəti» ASC-yə qarşı qaldırılan hissədə rədd edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar