Məhkəmə qərarları › İş №2(046)-381/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-381/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-381/2021 10.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, faizlərin və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 10 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 695.86 manat əsas kredit borcunun, 34.70 manat faiz borcu olmaqla, cəmi 730.56 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tutmanın Cavabdeh məxsus girov qoyulmuş qızılzinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, 27.01.2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 30% olmaqla 745 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh arasında 27.01.2020-ci il tarixdə girov müqaviləsi bağlanmış, Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını iddiaçının xeyirinə girov qoymuşdur. Tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən, kreditin və kredit faizlərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müddətləri və qaydası müəyyən edilmişdir. Cavadeh kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq faiz və əsas borcdan ödəmələri vaxtında yerinə yetirməmişdir. Buna görə də iddiaçının kredit borcunun girov qoyulmuş cavabdehə məxsus əmlaklara yönəldilməsi hüququ yaranmışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 27.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 30% olmaqla 745 manat məbləğində kredit verlmişdir. Məhkəməyə təqdim edilmiş 27.01.2020-ci il tarixli girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış, Cavabdeh 1 ədəd 4.4 qram çəkidə olan 750 əyyarlı qızıl üzüyü, 1 ədəd 4.2 qram çəkidə olan 583 əyyarlı qızıl üzüyü, 1 ədəd 3.4 qram çəkidə olan 583 əyyarlı boyunbağını və və 1 ədəd 5.2 qram çəkidə olan 583 əyyarlı qızıl bilərziyi müqavilə üzrə borcun təminatı kimi İddiaçı ASC-yə girov qoymuşdur. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 24 ay müddətinə illik 30% olmaqla 745 manat kredit verilməsi barədə müqavilə bağlanmış, Cavabdeh arasında öhdəliyin icrasının təmini qaydasında girov müqaviləsi bağlanmış, cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə və kredit borcunun girov predmentinə yönəldilməsinə tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin tələbi təmin edilməli, Cavabdeh 695.86 manat əsas kredit borcunun, 34.70 manat faiz borcu olmaqla, cəmi 730.56 kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, tutma Cavabdeh tərəfindən banka girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 695.86 manat əsas kredit borcu, 34.70 manat faiz borcu olmaqla, cəmi 730.56 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASCnin hesabına ödənilsin. Cavabdehin iddiaçıya olan kredit borcu bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus 1 ədəd 4.4 qram çəkidə olan 750 əyyarlı qızıl üzük, 1 ədəd 4.2 qram çəkidə olan 583 əyyarlı qızıl üzük, 1 ədəd 3.4 qram çəkidə olan 583 əyyarlı boyunbağı və 1 ədəd 5.2 qram çəkidə olan 583 əyyarlı qızıl bilərzik olan qızıl-zinət əşyalarına yönəldilsin. Girov predmeti olan qızıl-zinət əşyaları açıq hərracda satılaraq əldə edilmiş məbləğdən Cavabdeh İddiaçı ASC-yə kredit borcu ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar