Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-382/2021 08.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı BANK «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BANK «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7438.98 manat əsas kredit borcu, 96.6 manat faiz borcu olmaqla, cəmi 7535.58 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BANK «xxxx» ASC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BANK «xxxx» ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, İddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti illik 5 faiz olmaqla 36 ay müddətinə 8319 manat kredit verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında illik 5 faiz olmaqla 36 ay müddətinə 8319 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. Təqdim edilmiş sübutlardan görünür ki, BANK xxxx ASC ilə Cavabdeh1 arasında illik 5 faiz olmaqla 36 ay müddətinə 8319 manat kredit verilməsi barədə müqavilə bağlanmış, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə zaminlik müqavilələri bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7438.98 manat əsas kredit borcu, 96.6 manat faiz borcu olmaqla, cəmi 7535.58 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq BANK «xxxx» ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7438.98 manat əsas kredit borcu, 96.6 manat faiz borcu olmaqla, cəmi 7535.58 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq BANK «xxxx» ASC-nin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-382/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-382/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver