Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-385/2022 09.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat maddi zərərin, 1500 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, bir neçə dəfə Şəmkir, Goranboy şəhərlərindən meyvə alıb Cavabdeh1 idarə etdiyi avtomobillə Bakı şəhərinə aparıb satmışdır. 03 iyun 2021-ci il tarixdə həmişə olduğu kimi yenə də Cavabdeh1 ilə onun idarə etdiyi avtomobillə Şəmkir şəhərinə gedərək bazardan 847 kq ərik meyvəsi müxtəlif qiymətlərə kiloqramı 5 - 5,20 - 5.50 və 6.10 manat olmaqla cəmi 4000 manat pul verib almışdır ki, Bakı şəhərində satıb qazanc əldə etsin. Həmin gün saat 16 radələrində Teymurun idarə etdiyi «VAZ-21013» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə həmin aldığı 847 kq ərik meyvəsini yığaraq Bakı Şamaxı Yevlax yolunun 194-cü km-liyində hərəkətdə olarkən Göyçay şəhəri istiqamətindən Qaraməryəm kənd istiqamətində olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan avtomobili idarə edən Cavabdeh2 «VAZ 21011» markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadığı üçün Teymur avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmasa da, «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşında ona məxsus olan 847 kq 4000 manat dəyərində ərik meyvələri yola dağıldı, əzilərək yararsız hala düşmüşdür. 4000 manata aldığı ərik meyvəsini Bakı şəhərində sataraq əlavə qazancda qazana bilməmişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin YPX-nin əməkdaşları tərəfindən Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunaraq, 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sonradan məlum olmuşdur ki, Teymur avtomaşını etibarnaməsi olmadan idarə etmiş və Rizvan yol hərəkət hadisəsi törətdiyi zaman sərxoş olmuşdur, bu barədə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı da var. Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Cavabdehlər təqsirli hesab edilmələrinə baxmayaraq, indiyə kimi ona vurduqları zərəri aradan qaldırmamışlar və buna cəhd etməmişlər. Teymur özü də Polis şöbəsində yazdığı izahatında ərik meyvələrinin sahibi onun olduğunu və 4000 manat dəyərində olduğunu qeyd etmişdir. Dəfələrlə Teymura, Rizvana müraciət edib ona dəyən ziyanı ödəmələrini tələb etmiş, gün ərzində vaxtının çox hissəsini itirmiş, əsəb gərginlik keçirmişdir. Cavabdehlərdən ona dəymiş ziyanı ödəməklərini tələb etsə də nəticəsi olmamışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, aralarında olan razılaşmaya əsasən 03 iyun 2021-ci il tarixdə İddiaçı ilə Şəmkir şəhərində bazardan 4 - 5.50 manata 500-600 kiloqram arası ərik meyvəsi almışlar. Həmin meyvələri atasına məxsus «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına yükləmişlər. Həmin gün Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Bazarda meyvələrin qiymətini bilmək üçün münasib olarsa satılması üçün Göyçay şəhərində yerləşən bazara da girmişlər, lakin bazarda ərik meyvəsinin dəyəri aşağı olduğundan Nicat Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Bakı Şamaxı Yevlax yolunun 194-cü km-liyində hərəkətdə olarkən Göyçay şəhəri istiqamətindən Qaraməryəm kənd istiqamətində olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan «VAZ 21011» markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadığı üçün idarə etdiyi «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobillə vurmuşdur. Hadisə zamanı ərik meyvəsinin bir hissəsi yerə dağılmışdır. Yerə dağılaraq yararsız hala düşən meyvələri də yaxın qohumuna məxsus Qazel markalı avtomobilə yığaraq Bakı şəhərinə aparmışlar. Bakı şəhərində Meyvəli bazarında saf qalan meyvələr 4 - 4.20 manat arası qiymətlərə, əzilmiş meyvələr isə ucuz qiymətə satılmışdır. Bundan başqa baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Sığorta şirkəti tərəfindən 650 manat sığorta ödənişi edilmiş, həmin ödəniş İddiaçı tərəfindən götürülmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, 03.06.2021-ci il radələrində saat 16:30 radələrində etibarnamə əsasında Vaz 2101 markalı ** HS *** qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də Göyçay istiqamətindən Qaraməryəm istiqamətində sola dönmə işığını yandıraraq dönmək istəyərkən arxadan eyni istiqamətdə olan Cavabdeh1 idarə etdiyi Vaz 21011 markalı avtomobillə mənimlə düzgün ara məsafəsi saxlamamış və düzgün ara məsafəsi seçmədiyinə idarə etdiyi avtomobilin sol tərəfindən vurmuşdur. İddiaçı ərik meyvəsinə görə dəymiş ziyan Cavabdeh1 idarə etdiyi avtomobillə düzgün ara məsafəsi saxlamadığına görə baş vermişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş X6 Haqqında 03.06.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 İXM-nin 327.1 və 332-ci maddələri ilə təqsirli bilinib inzibati qaydada cərimə edilmişdir. Məhkəmə təqdim edilmiş Cavabdeh1 tərəfindən 03.06.2021-ci il tarixdə verilmiş izahatdan görünür ki, 03 iyun 2021-ci il tarixdə idarə etdiyi «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşınla Bakı Şamaxı Yevlax yolunun 194-cü km-liyində hərəkətdə olarkən Göyçay şəhəri istiqamətindən Qaraməryəm kənd istiqamətində olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan Cavabdeh2 idarə etdiyi «VAZ 21011» markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadığı üçün həmin avtomobilin sol yan tərəfindən vurmuşdur. İdarə etdiyi «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşın atasına məxsusdur. Buna görə də etibarnamə olmadan idarə etmişdir. Bundan başqa idarə etdiyi avtomobildə ərik meyvəsi olmuş, həmin meyvələr tələf olduğundan 4000 manatdan çox ziyan dəymişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh1 İddiaçı məxsus ərik meyvəsini idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmağı öz öhdəsinə götürmüşdür. 03.06.2021-ci il tarixdə İddiaçı məxsus ərik meyvəsini Cavabdeh1 idarə etdiyi «VAZ-21013» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına yığaraq Bakı şəhərinə aparmaq məqsədi ilə yola düşmüş, Bakı Şamaxı Yevlax yolunun 194-cü km-liyində hərəkətdə olarkən Göyçay şəhəri istiqamətindən Qaraməryəm kənd istiqamətində olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan «VAZ 21011» markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçmədiyi üçün yol-nəqliyyat hadisəsi törətmişdir, baş vermiş hadisə zamanı avtomobildə olan ərik meyvəsi tələf olmuşdur. Baş vermiş hadisə ilə bağlı Cavabdeh1 barəsində İXM-nin 327 və 332-ci maddələri ilə inzibati qərar qəbul edilərək Cavabdeh1 inzibati qaydada cərimə edilmişdir. 03.06.2021-ci il tarixdə izahatı alınmış Cavabdeh1 hadisənin onun təqsiri üzündən baş verdiyini etiraf etmiş, hadisə zamanı avtomobilində olan meyvə məhsuluna 4000 manatdan çox ziyan dəydiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı cavabdeh X2 təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus əmlaka ziyan dəydiyi müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdeh X5 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun səhhətinə hər hansı bir ziyanın yetirilməsini və bunun nəticəsində mənəvi ziyan çəkdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektib, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəməyə təqdim edilmiş 123351 nömrəli vəsiqədən görünür ki, X3 hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmış və İİ qrup əlildir. Azərbaycan Respublikasının Dövlət X4 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 maddi ziyanın əvəzi kimi 4.000 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4.000 manat pul alınaraq İddiaçı verilsin. 60 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-385/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-385/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver