Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-389/2021 08.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı suvarma arxının mühafizə zolağının açılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Çayarxı kəndində ona məxsus olan torpaq sahəsinə gedən suvarma arxının (eni hər tərəfdən 5 metr olmaqla) mühafizə zolağı açılaraq ümumi istifadəyə verilməsi və həmin suvarma arxının təmizlənməsinə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 tərəfindən yaradılan maneə aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay Rayon Çayarxı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Torpağa mülkiyyət hüququ DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin suvarılması üçün su arxı çəkilmişdir. Uzun müddətdir ki, həyətyanı torpaq sahəsini həmin su arxından suvarmışdır. Ondan başqa digər qonşular da həmin su arxından istifadə edirlər. Cavabdehlər Cavabdeh1 və X6 arxını bağlayaraq mülkiyyətində olan həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını almışdır. Bunun nəticəsində həyətyanı torpaq sahəsində bostan tərəvəz bitkilərinin əkilməsi mümkün olmamış, əkilən bitkilər isə məhv olmuşdur. Su arxının açılması üçün cavabdehlər Cavabdeh1 və X10 müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Göyçay rayonu Çayarxı kəndində İddiaçı məxsus olan torpaq sahəsinə gedən (iş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə iddiaçının iddia etdiyi su bərəsi kimi qeyd edilmiş) tutulmuş su bərəsinin üzərində tikilmiş istixana sökülməklə, həmin su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulması cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Göyçay rayon Məhkəməsinin 2(046)-77/2019-nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində İddiaçı məxsus olan torpaq sahəsinə gedən (iş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə iddiaçının iddia etdiyi su bərəsi kimi qeyd edilmiş) tutulmuş su bərəsinin üzərində tikilmiş istixana sökülməklə, həmin su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulması Cavabdeh1, X10 və digər cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, X12 və X2 tərəfindən həmin suvarma arxının kənarım çəpərləmiş, nəticədə su arxının mühafizə zolağı tutulmuş, bu səbəbdən suvarma arxını təmizləyə bilmir. Çəpəri keçib suvarma arxım təmizləyə bilmirəm, həmin əraziyə keçən kimi cavabdehlər gəlib dava salır və polisə şikayət edirlər. Hal-hazırda cavabdehlərin müraciəti əsasında Göyçay rayon Polis Şöbəsində araşdırma gedir. Belə ki, sözügedən suvarma arxının dörd bir tərəfi cavabdehlər tərəfindən çəpər çəkilməklə tutulmuş, ona görə də həmin suvarma arxında çıxan otdan, alaqdan təmizlənməsi və lildən təmizlənməsi qeyri mümkündür. Arx vaxtlı vaxtında təmizlənməsə suyun təbii axımı dayanır. Belə olan halda hesab edirəm ki, həmin suvarma arxının mühafizə zolağı (eni hər tərəfdən 5 metr olmaqla) açılaraq ümumi istifadəyə verilməlidir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və X12 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Çayarxı kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinə gedən suvarma arxını tutmamışlar. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiası qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Cayarxı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Göyçay rayonu Çayarxı kəndində İddiaçı məxsus olan torpaq sahəsinə gedən (iş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə iddiaçının iddia etdiyi su bərəsi kimi qeyd edilmiş) tutulmuş su bərəsi üzərində tikilmiş istixana sökülməklə, həmin su bərəsi açılaraq bərpa edilmiş və həmin su bərəsinin yenidən tutulması cavabdehlər X3, X5, X4, X1, Cavabdeh1 və X10 qadağan olunmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilərkən nəzərə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 12922 nömrəli rəyindən görünür ki, iddiaçının təqdim etdiyi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Göyçay rayonu Çayarxı kəndindən yerləşən iddiaçıya məxsus olan torpaq sahəsinə gedən su bərəsi cavabdehlərə məxsus torpaq sahəsinin kənar hissəsindən keçir, həmin su bərəsi baxış zamanı cavabdehlər tərəfindən doldurulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Göyçay rayon Çayarxı kəndində mülkiyyətində olan 0.25 ha həyatyanı torpaq sahəsinə gedən su bərəsinin təmizlənməsinə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 tərəfindən manə yaradılmışdır. İddiaçı həmin maneələrin aradan qaldırılmasını və su bərəsinin ümumi istifadəyə verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 64-cü maddəsinə əsasənAzərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Məhkəmə baxışı zamanı İddiaçı özünə məxsus torpaq sahəsinə gedən su bərəsinin eni hər tərəfən beş metr olmaq mühafizə zolağının açılaraq ümumi istifadəyə verilməsinə əsasə ola bilən heç bir mötəbər sübutu məhkəyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Çayarxı kəndində yerləşən İddiaçı məxsus olan 0.25 ha torpaq sahəsinə gedən su bərəsinin ümumi istifadəyə verilməli və həmin su bərəsinin iddiaçı tərəfindən təmizlənməsinə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Çayarxı kəndində yerləşən İddiaçı məxsus olan 0.25 ha torpaq sahəsinə gedən su bərəsinin iddiaçı tərəfindən təmizlənməsinə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Həmin su bərəsinin ümumi istifadəyə verilməsi təmin edilsin. 10 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-389/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-389/2021
08.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver