Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-39/2023 17.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Şəkər kəndində 0.41 ha torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müadifə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 saylı qərarı onun və 4 nəfər ailə üzvünün mülkiyyətinə Göyçay rayonunun Şəkər kəndində 1,38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi 0,41 ha və 0,96 ha olmaqla iki ayrı ərazidə yerləşir. 0,41 ha torpaq sahəsində təxminən 150 ədəd nar ağacı əkib yetişdirmiş, təxminən 15 il əvvəl həmin torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsini dəyişmə yolu ilə əldə edən Cavabdeh 2014-cü ildə torpaq sahəmə gələn gediş-gəliş yolunu bağlamışdır. 2014-2017-ci illərdə Rusiya Federasiyasında olmuş və geri qayıdarkən torpaqlara gedən həmi yolun açıq olduğunu görmüş, lakin cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadə etməyə mane olmuşdur. Belə ki, cavabdeh mənim torpaq sahəsindən yola çıxan hissəni tikanlı məftillə bağlamışdır. Artıq 7 ildir ki, mülkiyyətində olan torrpaq sahəsinə gedən yolu cavabdeh bağladığı üçün torpaq sahəsindən istifadə edə bilmir, orada yetişdirdiyi nar ağacları susuz qalmış, ərazini kol tutmuşdur. Dəfələrlə yolun açılması üçün Şəkər bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə problemi həll etməmiş və bu barədə etdiyi müraciətə cavab verən Göyçay rayon İcra Hakimiyyəti ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsinə gedən yolu bağlamamış, həmin yoldan istifadə etmir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0003 nömrəli dövlət aktının surətindən görünür çıxarışdan görünür ki, Göyçay rayon Şəkər kəndində yerləşən 1.38 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Elektron bazada təqdim olunan AZCAD məlumatlarında JN-3A, JN-4, JN-5 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahələrinin şimalında və şimal- şərqində “ümumi istifadədə olan torpaqlar” kimi göstərilən ərazinin baxış zamanı dəmir məftillə bağlanmadığı müşahidə edildi. Lakin ümumi istifadə kimi qeyd edilən torpaq sahəsi faktiki olaraq yol kimi istifadə olunmur, tamamilə tikanlı otlar və kollarla örtülüdür. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1148 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən baxış zamanı əldə olunmuş məlumatlara əsasən, JN-3A, JN-4, JN-5 saylı torpağa mülkiyyət hüquqna dair Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahələrinin şimalda və şimal-şərqində “ümumi istifadədə olan torpaqlar” kimi göstərilən ərazinin dəmir məftillə bağlanmadığı müşahidə edildiyi, ümumi istifadə kimi qeyd edilən torpaq sahəsi faktiki olaraq yol kimi istifadə olunmadığı, tamamilə tikanlı otlar və kollarla örtüldüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mütəxəssis və ekspert rəyinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0003 nömrəli dövlət aktına əsasən əsasən İddiaçı paylı mülkiyyətinə verilmiş 1.38 ha torpaq sahəsinin 0,41 hektar hissəsinə gedən yol cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsinə gedən yolun zəbt edildiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gedən yolun açılması barədə tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-39/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-39/2023
17.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver