Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-39/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı MuğanBank ASC-nin Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1016.27 ABŞ dolları əsas borcun, 448.93 ABŞ dolları faiz borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 sonra miras əmlakı faktiki olaraq qəbul etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbi üzrə Cavabdeh1 cavabdeh Göyçay şəhəri 20 Yanvar küçəsi ev 66-da yaşayan Cavabdeh2 ilə əvəz edilmişdir. İş üzrə iddiaçı MuğanBank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə MuğanBank ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faiz olmaqla 26 ay müddətinə 1200 Abş dolları kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 1465.2 Abş dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, mərhum anası Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq borc sığorta şirkəti tərəfindən ödənilməlidir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 28 faiz olmaqla 26 ay müddətinə 1200 Abş dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır.Bundan sonra MuğanBank” ASC kredit borcunun tutulması ilə bağlı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, mülki iş üzrə icraat hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh1 adına notariat kontorunda vərəsəlik işi açılmadığından, məhkəmə mülki iş üzrə icraatı təzələmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Cavabdeh1 vəfatından sonra ondan miras qalmış əmlakı oğlu Cavabdeh2 idarə edir. Məhkəmənin qərardadına əsasən Cavabdeh2 əsl cavabdeh kimi mülki iş üzrə Cavabdeh1 ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır.Eləcə də məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi bağlandıqdan və müddəti bitdikdən sonra vəfat etdiyindən, sığorta tərəfindən onun kredit borcunun ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, MuğanBank ASC-nin iddiası təmin edilməli, Cavabdeh2 1016.27 ABŞ dollar əsas kredit borcu, 448.93 ABŞ dolları faiz borcu olmaqla 1465.2 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq MuğanBank ASC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1016.27 ABŞ dollar əsas kredit borcu, 448.93 ABŞ dolları faiz borcu olmaqla 1465.2 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-39/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-39/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver