Məhkəmə qərarları › İş №2(046)-398/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-398/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-398/2022 13.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Azər-Türk Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azər-Türk Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3131.18 manat əsas kredit borcu, 330.90 manat faiz borcu olmaqla, cəmi 3462.08 manat kredit borcunun və 55.22 manat məbləğində dövlət rüsumunun tutulması və kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azər-Türk Bank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Azər-Türk Bank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Azər-Türk Bank ASC arasında 09.12.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 3500 manat kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Azər-Türk Bank ASC arasında 09.12.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 3462.08 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 55.02 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 09.12.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 ay müddətinə 3500 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 09.12.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Azər-Türk Bank ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Azər-Türk Bank” ASC ilə Cavabdeh1 arasında 24 ay müddətinə 3500 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdeh Nuriyev X1 Arif Zahir oğlunun kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 55.02 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 55.02 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azər-Türk Bank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3131.18 manat əsas kredit borcu, 330.90 manat faiz borcu olmaqla, cəmi 3462.08 manat kredit borcu, 55.02 manat dövlət rüsumu alınaraq Azər-Türk Bank ASC-nə qaytarılmalı, Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2020-ci il tarixli kredit müqaviləsinə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3131.18 manat əsas kredit borcu, 330.90 manat faiz borcu olmaqla, cəmi 3462.08 manat kredit borcu, 55.02 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2020-ci il tarixli kredit müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar