Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-4/2024 13.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Kamal oğluna və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Kamal oğlu və Cavabdeh2 müştərək qaydada 3193.92 manat əsas kredit borcu, 1181.9 manat faiz borcu, 828.45 manat cərimə borcu olmaqla, cəmi 5204.27 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Kamal oğluna və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 Kamal oğlunun vərəsəsi müəyyən edilənədək dayandırılsın. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Kamal oğluna və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC- tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 Kamal oğlu ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 Kamal oğluna illik 28 faiz olmaqla 24 ay müddətinə 6000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 Kamal oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 Kamal oğlunun banka cəmi 5204.27 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 Kamal oğlu arasında illik 28 faiz olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Kamal oğlundan miras qalmış əmlakı qızı X2 qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 Kamal oğlu ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 Kamal oğluna illik 28 faiz olmaqla 24 ay müddətinə 6000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 Kamal oğlu bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı "xxxx" ASC ona və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2017-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 Kamal oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Kamal oğlu və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 Kamal oğlunun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmiş, Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Kamal oğlundan miras qalmış əmlakı qızı X2 qəbul etmişdir.Buna görə də məhkəmə hesab edir ki, X2 mərhum Cavabdeh1 Kamal oğlunun kredit müqaviləsinə əsasən yaranmış borcu üzrə miras əmlakı qəbul etdiyi miqdarda öhdəlik daşıyır. Eləcə də Məhkəmə hesab edir ki, iddiaçı LPO DəmirBank ASC-nin cavabdehlərdən 828.45 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 28.45 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3193.92 manat əsas kredit borcu, 1181.9 manat faiz borcu, 28.45 manat cərimə borcu olmaqla, cəmi 4404.27 manat kredit borcu, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq LPO DəmirBank ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3193.92 manat əsas kredit borcu, 1181.9 manat faiz borcu, 28.45 manat cərimə borcu olmaqla, cəmi 4404.27 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-4/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-4/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver