Məhkəmə qərarları › İş №2(046)-4/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-4/2025

04.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-4/2025 04.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh X3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehden alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəməyə təqdim edilmiş nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar