Məhkəmə qərarları › İş №2(046)-41/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-41/2021

12.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-41/2021 12.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Məmədnəbi oğluna və Cavabdeh2 qarşı gediş-gəlişi təmin edən yolun açılması, maneələrin aradan qaldırılması və tiklinin sökülməsi tələbinə dair ilkin və qarşılıqlı iddia tələblərinə üzrə mülki işə 12 aprel 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gediş-gəliş yolunun açılması və yolun yenidən zəbt olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 Məmədnəbi oğlu və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inşa edilmiş tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflər 12.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Məmədnəbi oğluna və Cavabdeh2 qarşı gediş-gəlişi təmin edən yolun açılması, maneələrin aradan qaldırılması və tiklinin sökülməsi tələbinə dair ilkin və qarşılıqlı iddia tələblərinə üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar