Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-426/2024 20.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4825 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobili xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. həmin avtomobili BD seriyalı 200935 №-li (BC kateqoriyalı) sürücülük vəsiqəsi əsasında idarə edir. Belə ki, avtomobilin mülkiyyətçisi Samir Mustafayev tərəfindən ona 05 avqust 2023-cü il tarixli «Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə» verilmişdir. 14 avqust 2023-cü il tarixdə saat 14 radələrində Yevlax şəhərindən Mingəçevir şəhərinə gedərkən Xaldan-Mingəçevir yolunun Yevlax rayonu Əkşəm kəndi ərazisindən keçən hissəsində «Ravon Nexia R3» markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsiri ucbatından yol nəqliyyat hadisəsi baş vermişdir. 26 oktyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmişdir. Avtovaz Texniki Xidmət Yevlax 1 saylı «Xəzər- Lada» Səhmdar Cəmiyyətinin 22 avqust 2023-cü il tarixli 06 №-li rəyinə əsasən 99-V0-293 dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobilə 4825 manat məbləğində ziyan dəymişdir. Göründüyü kimi yol nəqliyyat hadisəsi zamanı ona məxsus olan avtomobilə 4825 manat məbləğində ziyan dəymişdir. Lakin Cavabdeh məxsus olan **-EB- *** dövlət qeydiyyat nişanlı «Ravon Nexia R3» markalı avtomobil «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilərək sığortalanmadığı üçün sığorta tərəfindən ona dəymiş ziyanın əvəzi ödənilməmişdir. Bu halda həmin məbləğ Cavabdeh tərəfindən ödənilməlidir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı qismən müdafiə edərək göstərmişdir ki, baş vermiş hadisə zamanı cavabdehlə bərabər onun da təqsiri olduğundan, ekspert rəyində qeyd edilmiş məbləğin, yəni 4445 manat ziyanın yarısının yəni 2222.5 manat ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, baş vermiş hadisə zamanı iddiaçı ilə bərabər onun da təqsiri olduğundan, ekspert rəyində qeyd edilmiş məbləğin, yəni 4445 manat ziyanın yarısının yəni 2222.5 manat ziyanı iddiaçıya ödəyə bilər. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş BD 202274 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobil X1 xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Nəqliyyat Vasitələrinə sərəncama verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobili baş etibarnamə ilə X3 etibar etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci, Cavabdeh barəsində isə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1 -ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Yevlax RPŞ-nin DYPB-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş AvtozVAz Texniki Xidmət Yevlax 1 saylı Xəzər-Lada Səhimdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 06 saylı rəyindən görünür ki, **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobilinə 4825 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1989 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan AvtozVAz Texniki Xidmət Yevlax 1 saylı Xəzər-Lada Səhimdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 06 saylı qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 4445 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi Ravon Nexia R3 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Əkşəm kəndi ərazisində təqsirli hərəkətləri ilə İddiaçı istifadəsində və sərəncamında olan Chevrolet Cruze markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Chevrolet Cruze markalı **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4825 manat maddi ziyan dəymişdir. Cavabdeh təqsirli olması xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır.Hadisədən sonra avtomobilinə dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. İşin tam,hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş, **-VO-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobilə 4445 manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tərəflər ekspert rəyi mübahisələndirilməmişdir. Bundan başqa iddiaçı iddianı qismən müdafiə edərək 4445 manat ziyanın yarısının yəni 2222.5 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi, iddiaçının məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. xx.xx.2021-ci il tarixli 006168 nömrəli vəsiqədən görünür ki, İddiaçı vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikasının Dövlət X6 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, 42.22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2222.5 manat məbləğində pul alınaraq İddiaçı verilməli, İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2222.5 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. 42.22 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-426/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-426/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver