Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-440/2021 23.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdehlər Cavabdeh1 iştirakı ilə, Azkredit BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azkredit BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 528 manat əsas kredit borcu 52.8 manat cərimə borcu olmaqla, cəmi 580.8 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azkredit BOKT MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Azkredit BOKT MMC arasında 14.07.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 16 ay müddətinə 1088 manat kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Azkredit BOKT MMC arasında 14.07.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 580.8 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, Azkredit BOKT MMC ilə müqavilə bağlamış, kredit almışdır. Maddi imkanı olmadığından bankın olan kredit borcunu tam ödəyə bilməmişdir. Bundan başqa Prezidentin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən kredit müqaviləsi üzrə borcuna 505.04 manat güzəşt edilmişdir. Lakin həmin güzəşt bank tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı qalıdırılan hissədə qismən təmin edilməli, Cavabdeh2 qarşı qaldırılan hissədə isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 14.07.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 16 ay müddətinə 1088 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 14.07.2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Azkredit BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 14.07.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına (Fərman) əsasən Cavabdeh1 cəmi hesablanmış kompensasiyanın 505,04 manat hissəsinin Fərmanın 2-ci bəndinin tələbləri nəzərə alınmaqla ləğv prosesində olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 14.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməsi nəzərdə tutulmuşdur.Qeyd olunmalıdır ki, hesablanmış 505,04 manat kompensasiya məbləğinin BOKT "xxxx" MMC-də olan kredit borcuna yönəldilməsi hələlik icra olunmamışdır. Belə ki, adıçəkilən kredit təşkilatı tərəfindən ötürülmüş bütün məlumatlarla bağlı bir sıra texniki dəqiqləşmələrin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Azkredit” BOKT MMC ilə Cavabdeh1 arasında 16 ay müddətinə 1088 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına (Fərman) əsasən Cavabdeh1 cəmi hesablanmış kompensasiyanın 505,04 manat hissəsi Fərmanın 2-ci bəndinin tələbləri nəzərə alınmaqla ləğv prosesində olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 14.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməsi nəzərdə tutulduğundan 505.04 manat pul əsas əsas kredit borcundan çıxılmalıdır. (528 manat – 505.04 manat =22.96 manat). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsi 14.11.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 01.07.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi X2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlərdən 52.8 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 1.8 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu 1 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 500 manat məbləğindən aşağı həddə təmin edildiyindən 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azkredit BOKT MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 22.96 manat əsas kredit borcu, 1.8 manat cərimə borcu olmaqla cəmi 24.76 manat kredit borcu və 20 manat dövlət rüsumu alınaraq Azkredit BOKT MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 22.96 manat əsas kredit borcu, 1.8 manat cərimə borcu olmaqla cəmi 24.76 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1nın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-440/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-440/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver