Məhkəmə qərarları › İş №2(046)-448/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-448/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-448/2020 02.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və x3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 02 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və x2 müştərək qaydada 229.08 manat əsas kredit borcu, 6.60 manat faiz borcu, 22.91 manat cərimə borcu olmaqla, cəmi 258.59 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında 13.08.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20.9 faiz olmaqla 12 ay müddətinə 1500 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi x4 ilə BOKT «xxxxxxxx» MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh1 21.01.2020-ci il tarixli arayışa əsasən banka 229.08 manat əsas, 6.60 manat faiz, 22.91 manat cərimə borcu olmaqla cəmi 258.59 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 13.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında illik 20.9 faiz olmaqla 12 ay müddətinə 1500 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 13.08.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, x4 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmış, x1 alan Cavabdeh1nın borc məbləğinə görə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş 21.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın BOKT «xxxxxxxx» MMC-yə kreditin ödəmə müddətinin sonuna, yəni 15.08.2016-cı il tarixə əsas borc üzrə 229.08 manat, faiz borcu üzrə 6.60 manat, cərimə borcu üzrə 22.91 manat olmaqla cəmi 258.59 manat kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında 13.08.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 12 ay müddətinə illik 20.9 olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 13.08.2015-ci il tarixdə x4 ilə zaminlik müqaviləsi bağlanmış və kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, x4 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqavilələrinin müddəti 15.03.2016-cı il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 18.02.2020-ci il tarixdə yəni dörd il müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, x4 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə cavabdeh x4 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi x3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh1dan 22.91 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 2 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 20 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxxxxxx» MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 229.08 manat əsas kredit borcu, 6.60 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 237.68 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 229.08 manat əsas kredit borcu, 6.60 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 237.68 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilsin. İddia x3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar