Məhkəmə qərarları › İş №2(046)-460/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-460/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-460/2020 06.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, iddiaçı BOKT xxxxxxxx MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə Göyçay şəhərində 06 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT xxxxxxxx MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 297 manat əsas kredit borcu və 29.7 manat cərimə olmaqla, cəmi 326.70 manat borcun, ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT xxxxxxxx MMC tələbi belə əsaslandırmışdır ki, BOKT x1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 13 ay müddətinə illik 0% olmaqla 539 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış müqavilənin təminatı kimi Cavabdeh2 ilə 22.11.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin borc məbləğinə görə Cavabdeh1 ilə birlikdə öhdəlik götürmüşdür. Tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən, kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılması müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtinə görə Cavabdeh1 hər ay kredit məbləğini kreditora hissə-hissə ödəməli, eyni zamanda kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini bank qarsısında tam icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq ödəmələri vaxtında yerinə yetirməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin, Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 22.11.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, BOKT x1 MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 13 ay müddətinə illik 0% olmaqla 539 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “x1” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş 22.11.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə BOKT x1 MMC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 borc məbləğinə görə BOKT x1 MMC qarşısında öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin müddəti 22.12.2017-ci il tarixdə bitmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə BOKT x1 MMC arasında 22.11.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 13 ay müddətinə illik 0% olmaqla 539 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 22.11.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka 326.7 manat borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə BOKT x1 MMC zaminlik müqaviləsinin müddəti 22.12.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 17.02.2020-ci il tarixdə yəni 2 il 2 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə BOKT xxxxxxxx MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı BOKT xxxxxxxx MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20 manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı BOKT xxxxxxxx MMC-nin Cavabdeh1 qarşı tələbi təmin edilməli, Cavabdeh1 297 manat əsas kredit borcu və 29.7 manat cərimə pulu olmaqla, cəmi 326.7 manat kredit borcu, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq BOKT xxxxxxxx MMC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 297 manat əsas kredit borcu və 29.7 manat cərimə borcu olmaqla, cəmi 326.7 manat kredit borcu, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT xxxxxxxx MMC-nin hesabına keçirilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar