Məhkəmə qərarları › İş №2(046)-47/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-47/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-47/2021 07.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 və cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 29.03.2011-ci il tarixdə X2 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, X1 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. 29.06.2012-ci il tarixdə İddiaçı QSC ilə X2 arasında bağlanmış kredit razılaşması əsasında X1 36 ay müddətinə, aylıq 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında 29.03.2011-ci il tarixdə, Cavabdeh2 arasında 10.06.2011ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya cəmi 37604.80 ABŞ dolları borcu qalmışdır. X2 25.06.2013-cü il tarixdə vəfat etdiyindən, onun həyat yoldaşı Cavabdeh1 mərhumun hüquqi varisi kimi cəlb edilmişdir. Bundan başqa cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərmişir ki, mərhum X2 ilə iddiaçı arasında kredit müqavilə bağlanmış, Hidayət bankdan kredit götürdükdən sonra 2013-cü il tarixdə vəfat etmişdir. Hazırda tələb Hidayətin arvadı Cavabdeh1 yönəldilmişdir. Hesab edir ki, İddianın Cavabdeh1 qarşı qaldırılan hissəsi əsassızdır. Buna görə də tələbin bu hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 29.03.2011-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X2 arasında 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.06.2012-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X2 arasında aylıq 2.3333 faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.06.2011-ci il tarixli və 29.03.2011-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında arayışdan görünür ki, X2 25.06.2013cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh1 18.12.1992-ci il tarixdə nikah bağlamışlar. Cavabdeh1 mərhum X2nun birinci növbəli vərəsəsidir. Məhkəmə-mühasibatlıq ekspertizasının 10.02.2021-ci il tarixli 9/5162 saylı ekspert rəyindən görünür ki, X2nun kredit razılaşması üzrə 03.06.2014-cü il tarixə yəni müqavilə müddətinin sonuna əsas borc üzrə 15.068.17 ABŞ dolları və faiz borcu üzrə 3855.72 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı QSC X2 arasında kredit razılaşması üzrə aylıq 2.3333 faiz olmaqla 36 ay müddətinə 20000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqavilələri bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, kredit götürən X2nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. X2 25.06.2013-cü il tarixdə vəfat etmiş, bank tələbi X2nun arvadı birinci növbəli vərəsəsi hazırki iş üzrə Cavabdeh1 qarşı qaldırmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddianın hər iki kredit razılaşması üzrə faiz borcu tələbinə dair hissədə ekspert rəyini sübut kimi qəbul edir və cavabdehlərdən müştərək qaydada ekspert rəyində göstərilən qədər faiz borcu tutulmalıdır. İddiaçı QSC-nin cavabdehdən kredit razılaşması üzrə 17556 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və hər kredit razılaşması üzrə dəbbə pulunun 56 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, bundan başqa faiz və əsas borc ekspert rəyində iddiaçının tələb etdiyi həddən aşağı göstərildiyindən 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat pulun 50 manatı İddiaçı QSC-dən, 50 manatı isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar