Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-472/2021 22.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: «Nikoyl» İKB ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11469 ABŞ dolları əsas kredit borcu, 3144 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14613 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 həmin əmrə etiraz vermiş və bununla əlaqədar Göyçay rayon Məhkəməsinin qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianın həcminin artırılması barədə ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 28.10.2014-cü il tarixdə Nikoyl İK ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 28 faiz olmaqla 24 ay müddətinə 12.700 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 28.10.2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 kredit müqaviləsi üzrə 11469.46 ABŞ dolları əsas kredit borcu, 5063.3 ABŞ dolları faiz borcu, 5340.03 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1483.55 ABŞ dolları olmaqla, cəmi 23356.34 ABŞ dolları borcu yaranmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 28.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İK ASC ilə ilə Cavabdeh1 arasında 24 ay müddətinə illik 28 faiz olmaqla 12.700 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 28.10.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki,Nikoyl İK ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Məhkəmə-mühasibatlıq ekspertizasının 21.09.2021-ci il tarixli 9/6110 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 28.10.2016-cı il tarixədək banka əsas borcu 11469.45 faiz borcu isə 5177.20 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Buna görə də iddia, əsas kredit borcu və faiz borcu iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Aparılmış ekspertizanın dəyəri 100 manatdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı YeloBank ASC-nin cavabdehdən 5340.03 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 10.03 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı Yelo Bank ASC məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Dövlət rüsumunun kəsiri olan 10 manat cavabdehdən İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11469.46 ABŞ dolları əsas kredit borcu, 5063.3 ABŞ dolları faiz borcu, 10.03 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1483.55 ABŞ dolları olmaqla, cəmi 18026.34 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11469.46 ABŞ dolları əsas kredit borcu, 5063.3 ABŞ dolları faiz borcu, 10.03 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 1483.55 ABŞ dolları olmaqla, cəmi 18026.34 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi və 20 manat dövlət rüsumu alınaraq iddiaçı Yelo Bank” ASC-nin hesabına keçirilsin. Cavabdeh1 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-472/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-472/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver