Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-480/2024 23.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “nisyə alqı-satqısı müqaviləsinə əsasən yaranmış 450 manat əsas, 30 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “Telefon Evi”-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh, “Telefon evi” mağazası ilə xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 600 (altı yüz) manat olan 1 ədəd “SAMSUNG” markalı A 32” mobil telefonu kredit cədvəli üzrə hesablanmış, kredit faizləri ilə birgə 9 ay müddətində hər təqvim ayının 14-də 50 (əlli) manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş, sözügedən “SAMSUNG” markalı A 32” mobil telefonun dəyərini tam şəkildə ödəməmiş,xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə borcundan 150 (yüz əlli) manat ödəmiş, hazırda isə telefon evi mağazasına ümumilikdə Cavabdeh 450 manat borcu qalmışdır. Müqavilədə qeyd edilən müddət ərzində cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 20 dekabr 2023cü il tarixdə ona xəbərdarlıq məktubu ünvanlanmış, nisyə alqı-satqısı müqaviləsinə əsasən ümumilikdə 450 manat əsas, 30 manat cərimə pulunu 3 iş günü müddətində “Telefon Evi”nə ödənilməsi xahiş olunmuş, ödəniş həyata keçrilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh müqavilənin 3.3-cü bəndinin tələbini pozmuş, nəticədə ona hər gecikdirilən gün üçün aylıq ödənilmiş məbləğin 5% miqdarında cərimə pulu olmaqla 30 manat cərimə borcu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh sözügedən müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə “Telefon Evi”-nə 450 manat əsas, 30 manat cərimə pulu borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahat verərək bildirdi ki, “Telefon evi” mağazası ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 600 (altı yüz) manat olan 1 ədəd “SAMSUNG” markalı A 32” mobil telefonu 9 ay müddətində hər təqvim ayının 14-də 50 (əlli) manat ödəmək şərti ilə almışdır. Səhəti ilə bağlı işləyə bilmədiyindən iddiaçıya hər ay 50 manat ödəmək imkanı olmamışdır. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 600 (altı yüz) manat 1 ədəd “SAMSUNG” markalı A 32” mobil telefona görə 9 ay müddətində hər təqvim ayının 14-də 50 (əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Telefon evi” mağazası ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ***-**** saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 4.50 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ***-**** saylı müqavilə üzrə 450 (dörd yüz əlli) manat əsas, 4.50 (dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 454.50 (dörd yüz əlli dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-480/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-480/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver