Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-482/2021 08.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5950 manat zərərin və ödənilmiş 30 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda 0,02766 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42,4 m2 olan 2 otaqlı fərdi yaşayış evini 13000 manata almaq barədə razılaşaraq cavabdehin nümayəndəsi ilə Göyçay rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcı daşınmaz əmlakın dəyərinin 5000 manat hissəsini ilkin, qalan 8000 manat hissəsinin isə 6 ay müddətinə ödəməyi, əmlakın dəyəri tam ödənildikdən sonra, satıcı ailə üzvləri ilə birlikdə evdən çıxaraq evi təhvil verməsinə dair öhdəlik götürmüşdür.Sözügedən müqavilə əsasında götürdüyüm öhdəliyi icra edərək, ilkin olaraq 5000 manat, 6 ay müddətində isə 8000 manatı ödəməyinə baxmayaraq, cavabdeh ilkin ödədiyi 5950 manatı qəbul etsə də sonradan ödədiyi ümumilikdə 8000 manatı qəbul etməmiş, ailə üzvləri ilə birlikdə aldığı evi tərk etməmiş, nəticədə müqavilə ilə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdehlə alqı-satqı müqaviləsi əsasında götürdüyü öhdəliyi icra etməsi ilə bağlı tərəfimdən dəfələrlə söhbətlər aparılmış, danışıqlar zamanı cavabdeh başqa yaşayış yerinin olmadığını, yaşayış yeri əldə edənədək ona vaxt verilməsini xahiş etmiş, tərəfindən ona uzun müddət vaxt verilməsinə baxmayaraq, cavabdeh yenə də üzərinə düşən öhdəliyi icra etməmşdir. Bundan başqa cavabdeh 2019cu ilin noyabr ayında 5950 manat puldan 150 manat, 2020-ci ilin yanvar ayında isə 100 manat ödəmişdir. Buna görə də Cavabdeh 5700 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə nümayəndəsi tərəfindən evin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 13000 manata özünə məxsus evi hissə-hissə ödəməklə iddiaçıya satmışdır. İddiaçı həmin məbləğdən xx.xx.2015-ci il tarixdə 5000 manatını MuğanBank ASC-də ödəmiş, əlavə olaraq 950 manat pulu isə hissə-hissə ona ödəmişdir. İddiaçı qalan 8000 manatı bank vasitəsi ilə ona ödəməsinə baxmayaraq, 8000 manatı qəbul etməmiş, fərdi yaşayış evini iddiaçıya təhvil verməmişdir. Keçən müddət ərzində iddiaçının ona verdiyi 5950 manat puldan 2019 və 2020-ci il tarixlərdə iddiaçıya 250 manatını qaytarmışdır. Hesab edir ki, qeyd edilən müqavilə üzrə iddia müddəti keçmişdir buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia, iddiaçının məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Məhkəmə təqdim edilmiş Daşınmaz Əmlakın Alqı-Satqısına dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 üvanda yerləşən 0.02766 ha torpaq sahəsində yeləşən 2 otaqlı fərdi yaşayış evini 13000 manata İddiaçı nisyə satmış, İddiaçı həmin puldan 5000 manatını MuğanBank ASC-nin depozit hesabına əvvəlcədən ödəmiş, qalan 8000 manat pulu isə 6 ay müddətinə yəni xx.xx.2016-cı il tarixə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2015 və xx.xx.2015-ci il tarixli MuğanBank ASC tərəfindən tərtib edilmiş qəbzlərdən görünür ki, İddiaçı 5000 manat pulu Göyçay rayon Notariat ofisinin deposuna yatırmış, Cavabdeh həmin pulu xx.xx.2015-ci il tarixdə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda 0,02766 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42,4 m2 olan 2 otaqlı fərdi yaşayış evini 13000 manata İddiaçı nisyə satmış, İddiaçı həmin puldan 5000 manatını dərhal bank vasitəsi ilə ödəmiş, əlavə olaraq hissə-hissə 950 manat pul ödəmişdir. İddiaçı qalan 8000 manat pulu isə 6 ay müddətinə cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, 8000 manat pulu qəbul etməmiş, həmin fərdi yaşayiş evini iddiaçıya satmaqdan imtina etmişdir. Cavabdeh 5950 manat puldan 2019 və 2020-ci il tarixlərdə 250 manatını iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya məxsus 5700 manat pul Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 5700 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5700 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-482/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-482/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver