Məhkəmə qərarları › İş №2(046)-487/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-487/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-487/2021 22.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nin cavabdehlər Cavabdeh2nın və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FİNCA Azerbaijan MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1297.70 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı FİNCA Azerbaijan MMM QBKT iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında 23.04.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 37 faiz dərəcəsi tətbiq edilməklə 18 ay müddətinə 3000 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 1297.70 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçı FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zamin durmuşdur. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən və təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 23.04.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh1 arasında aylıq qalıq borcunun 37 faiz dərəcəsi tətbiq etməklə 18 ay müddətinə 3000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 23.04.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər kredit alan Cavabdeh1nın borc məbləğinə görə FİNCA Azerbaijan MMM QBKT qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında 23.04.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik borcunun 37 faiz dərəcəsini tətbiq etməklə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 23.04.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1nın banka borcu yaranmışdır Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ı ilə FİNCA Azerbaijan MMM QBKT arasında bağlanmış zaminlik müqaviləsi 23.10.2016-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 15.01.2021-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, FİNCA Azerbaijan MMM QBKT-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 1297 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKT-nə qaytarılmalı, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1297.70 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı FİNCA Azerbaijan MMM QBKT -nin hesabına keçirilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1nın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar