Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-495/2020 28.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat əsas kredit borcu, 277.71 manat faiz borcu, sığorta üzrə 12.35 manat və 120 cərimə borcu olmaqla, cəmi 1610.06 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2015-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 40 faiz olmaqla 24 ay müddətinə 2400 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb edilməsi hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli arayışa əsasən banka 1200 manat əsas, 277.71 manat faiz, sığorta üzrə 12.35 manat və 120 manat cərimə borcu olmaqla cəmi 1610.06 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlamışdır. Qeyd olunan kredit borcunu tam ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə qaytaracağdır. Borcun cərimə hissəsini əsassız hesab edir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 40 faiz olmaqla 24 ay müddətinə 2400 manat kredit verilməsi barədə müqavilə bağlanmış, müqavilənin 6.1-ci bəndində cavabdeh tərəfindən götürülmüş kreditin iddiaçının hesabına sığortalandığı nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT «xxxxxxxx» MMC-yə kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2017-cı il tarixə əsas borc üzrə 1200 manat, faiz borcu üzrə 277.71 manat, sığorta ödənişi üzrə 12.35 manat və cərimə borcu üzrə 120 manat olmaqla cəmi 1610.06 manat kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 25 faiz olmaqla 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdehdan 120 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 10 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxxxxxx» MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 1200 manat, faiz borcu üzrə 277.71 manat, sığorta ödənişi üzrə 12.35 manat və cərimə borcu üzrə 10 manat cərimə borcu olmaqla, cəmi 1500.06 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat əsas kredit borcu, 277.71 manat faiz borcu, 12.35 manat sığorta ödənişi və 10 manat cərimə borcu olmaqla, cəmi 1500.06 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-495/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-495/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver