Məhkəmə qərarları › İş №2(046)-511/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-511/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-511/2020 27.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı BOKT X4 MMC-nin nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, BOKT X4 MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı BOKT X4 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 664.14 ABŞ dolları əsas kredit borcu, 174.89 ABŞ dolları faiz borcu, cəmi 829.03 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı BOKT X4 MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 BOKT “X4” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X4” MMC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, ona 18 ay müddətinə, aylıq 2.42%, illik 29% olmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclunun zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq zaminlik müqavilələri bağlanmışdır. X4" MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində imzalanmış razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2015-ci il tarixindən bu günə qədər borclu tərəfindən 2000 ABŞ dolları məbləğində əsas borcun 1.335,86 ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1.192,07 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödəmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə 253,65 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 2781.58 ABŞ dolları ödənilmişdir. Hazırda təşkilata ödənilməmiş 664.14 ABŞ dolları məbləğində əsas borcu və 174.89 ABŞ dolları faiz borcu olmaqla cəmi 839.03 ABŞ dolları məbləğində borcu qalmışdır. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə BOKT X4 MMC-dən kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kreditin təminatı kimi bankla zaminlik müqaviləsi bağlamışdır. Banka olan borcu Cavabdeh1 ödəyəcəkdir. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və Cavabdeh3 izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, X4 MMC ilə Cavabdeh1 arasında 18 ay müddətinə illik 29% olmaqla 2000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit borcunun təminatı kimi BOKT X4 MMC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli razılaşma protokollarından görünür ki, xx.xx.2017-ci il tarixindən etibarən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Həmin protokollar Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, BOKT X4 MMC ilə cavabdehlər Cavabdeh1 arasında 18 ay müddətinə, aylıq 2.42%, illik 29% olmaqla 2000 ABŞ dolları kredit verilməsi barədə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. X4" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixində imzalanmış razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. X4" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək qüvvədə olduğundan iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni bir il müddət keçdikdən sonra müraciət etmişdir. Həmin zaminlik müqaviləsinin müddəti uzadılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə “X4" MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “X4" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 460.1-ci maddəsinə əssasən öhdəliklərin icrası… zaminlik… və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 664.14 ABŞ dolları əsas kredit borcu, 174.89 ABŞ dolları faiz borcu, cəmi 839.03 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu alınaraq BOKT X4 MMC-nin hesabına keçirilməli, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 664.14 ABŞ dolları əsas kredit borcu, 174.89 ABŞ dolları faiz borcu, cəmi 839.03 ABŞ dolları kredit borcunun Azərbaycan manatına məzənnəsi və 30 manat məbləğində dövlət rüsumu alınaraq BOKT X4 MMC-nin hesabına keçirilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar