Məhkəmə qərarları › İş №2(046)-519/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-519/2021

06.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-519/2021 06.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, yolun açılması tələbinə dair mülki işə Göyçay şəhərində 06 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tutulmuş mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.5173 ha torpaq sahəsi almışdır. Sonradan cavabdeh həmin torpaq sahəsinə gedən yolu zəbt edərək ona gedib-gəlməyinə manələr yaratmışdır.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Təqdim edilmiş DƏDRX-nın 16 saylı Ucar ərazi İdarəsindən verilmiş RX ******* seriyalı çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. X1 01.06.2021-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Ərazinin pay torpaqlarının bölgü layihəsində həmin torpaq sahəsinin qarşı tərəfi boş torpaq sahəsi olduğundan İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gediş-gəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh və digər kənd sakini tərəfindən bağlanmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 06.08.2021-ci il tarixli 10/3079 saylı rəyindən görünür ki, X2 və Ekspertiza Mərkəzi” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 01 iyun 2021-ci il tarixli, 25 saylı məktubla göndərilmiş, “X2 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Ərazinin pay torpaqlarının bölgü layihəsində həmin torpaq sahəsinin qarşı tərəfi boş torpaq sahəsi olduğundan İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gediş-gəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal yerləşən 0,5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh və digər kənd sakini tərəfindən bağlanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 05173 ha torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən bağlanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gedən yolunun bağlanması iddiaçının mülkiyyətdən sərbəst şəkildə istifadə hüquqlarını pozur. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və Cavabdeh tərəfindən bağlanmış iddiaçıya məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yol açılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməli, ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza mərkəzinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən açılsın. 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiçı İddiaçı verilsin. İş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar