Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-527/2024 02.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Bərdə rayonu 866 saylı qəsəbədə məskunlaşıb yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə, uşaq bezlərinin satışı ilə məşğul olur. X4 uzun müddətdir ki, tanıyır. X9 rayonunda yaşayır. 2022-ci ildə Vüqar Əliyev onu Cavabdeh ilə tanış etmiş, Cavabdeh da uşaq bezləri satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. 2022-ci ildə Cavabdeh ilk dəfə 1200 manat dəyərində satması üçün uşaq bezi vermişdir. Cavabdeh uşaq bezlərini satmış və ona 1200 manat pulu ödəmişdir. Bundan bir neçə gün sonra Cavabdeh satması üçün 5000 manatlıq uşaq bezi alıb vermişdir. Cavabdeh həmin malları götürdükdən sonra ona hissə-hissə 1600 manat pul vermiş, lakin həmin pulun qalan 3400 manat hissəsini indiyədək ödəməmişdir. X8 onu Cavabdeh ilə tanış edərkən, Cavabdeh zamin durduğunu, Mahir ondan aldığı uşaq bezlərinin pulunu ödəmədiyi təqdirdə həmin pulu özünün ödəyəcəyini bildirdiyi üçün Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 2022-ci ilin yay aylarında Göyçay rayonu Çərəkə kənd sakini Vüqar Əliyevə 5000 manat dəyərində uşaq bezi verdiyini, lakin onun həmin 5000 manat puldan 1600 manat pul qaytarmasını, 3400 manat pulu isə verməməsini göstərmişdir. Müraciəti xx.xx.2023-cü il tarixdə Göyçay RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair 1 saylı kitabın 2177-ci sırasında qeydiyyata alınaraq icrası Göyçay RPŞ-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmiş, xx.xx.2023-cü il tarixdə həmin müraciət aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair 1 saylı kitabın 5034-cü sırasında qeydiyyata alınaraq araşdırma aparılması Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 həvalə edilmişdir. Bərdə rayon X3 Bölməsində araşdırma zamanı X8 izahatında göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır, rəsmi olaraq heç bir bir yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı etmiş olduğu müraciətlə tanış olmuşdur. İddiaçı və Cavabdeh Sahil oğlu hər ikisi onun tanışlarıdır. 2022-ci ildə o Göyçay rayonunda Cavabdehla birlikdə çay içən zaman İddiaçı ona mobil telefonla zəng etmiş və uşaq bezi ticarətinə qoşulmaq istədiyini, onun bu işlə məşğul ola biləcək adamı olub-olmamasını soruşmuşdur. Həmin zaman yanında olan digər tanışı Cavabdeh mobil telefonu ondan istəmiş və İddiaçıla danışmağa başlamışdır. Onlar təxminən yarım saat mobil telefon vasitəsilə söhbət etdikdən sonra Cavabdeh ona birlikdə Bərdə rayonuna getməyi təklif etmişdir. Növbəti gün o, Cavabdehla birlikdə Bərdə rayonuna gəlmiş və onlar İddiaçıla görüşmüşdür. İddiaçı Cavabdehla bir qədər söhbət etmiş və sonra İddiaçı yaşadığı ünvana getmişdirlər. İddiaçı Cavabdeh 1200 manat dəyərində uşaq bezi vermişdir. Daha sonra onlar həmin malı götürüb Göyçay rayonuna qayıtmışdır. Təxminən bir həftə sonra o, Mahirlə Göyçay rayonunda görüşmüş və malları satıb satmadığını soruşmuşdur. Həmin zaman Mahir ona malları satdığını, Ramilə 1000 manat pul göndərdiyini bildirmişdir. O, həmin zaman 200 manatı niyə göndərmədiyini soruşmuş və 200 manatı ondan alaraq İddiaçı kart hesabına göndərmişdir. Növbəti günlərdə Ramilə Mahir özləri əlaqə saxlamış və Mahir İddiaçı 5000 manat dəyərində əlavə uşaq bezi almışdır. Onun həmin zaman bundan xəbəri olmamışdır. İddiaçı sonradan ona zəng edərək Mahirə 5000 manat dəyərində mal verdiyini, pulunu ala bilmədiyini və Mahirlə əlaqə saxlaya bilmədiyini bildirmişdir. O, daha sonra Göyçay rayonunda Mahirlə görüşmüş və nəyə görə belə etdiyini soruşmuşdur. Mahir ona ziyanlıq olduğunu, xəstəsi olduğunu buna görə pulu verə bilmədiyini, həmin pulu düzəldib verəcəyini bildirmişdir. Həmçinin Bərdə rayon X3 Bölməsində araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Göyçay rayonu Şıxlar kəndində yaşayır, rəsmi olaraq heç bir bir yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı barəsində etmiş olduğu müraciətlə tanış olmuşdur. İddiaçı təxminən iki ildir ki, tanıyır, beləki sonuncuyla onu X8 tanış etmişdir. Vüqar Əliyevlə uzun müddətdir ki, tanışdır. 2022-ci ildə o, X7 rayonunda çayxanada olan zaman sonuncuya zəng gəlmiş, həmin zaman o uşaq bezi satmaqla məşğul olmuşdur. Vüqara zəng edən şəxs uşaq bezi ticarətinə girmək istədiyini bildirmişdir. Həmin zaman o, Vüqardan telefonu alıb həmin şəxslə özü danışmış və adının İddiaçı olduğunu öyrənmişdir. Ramil Əliyev ona özündə uşaq bezi olduğu, ona uşaq bezi verməsini və onun həmin malları satdıqdan sonra pulunu verməsini istəmişdir. O, həmin təkliflə razılaşmışdır. O, növbəti gün Vüqar Əliyevlə birlikdə Bərdə rayonuna gəlmiş və İddiaçıla görüşmüşdür. Ramildən ilk dəfə 1200 manat dəyərində uşaq bezi götürmüş və Göyçay rayonuna qayıtmışdır. O, həmin malları 2-3 gün ərzində satmış və İddiaçı 1200 manat pul göndərmişdir. Bir həftə, sonra o, yenidən Bərdə rayonuna gəlmiş, yenə İddiaçı uşaq bezi götürmüş və həmin malları da satıb pulunu Ramilə vermişdir. O, bir neçə dəfə İddiaçı mal götürmüş və satıb pulunu vermişdir. O, özü ayrılıqda da uşaq bezlərini satmış və İddiaçı mallarını da öz mallarıyla birlikdə satmışdır. Sonuncu İddiaçı aldığı malları ərazidə olan mağazalara nisyə şəkildə vermiş, sonradan həmin malların pulunu mağazalardan ala bilməmiş və nəticədə İddiaçı 6200 manat pul verməli olduğu halda həmin pulu tam şəkildə verə bilməmişdir. İddiaçı 3400 manat pul borcu qalmışdır. Beləliklə aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmaması əsası ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququmun olması izah edilmişdir. Bununla da Cavabdeh ondan aldığı uşaq bezinin dəyəri olan 5000 manat puldan 1600 manat pulu ödəməsini və 3400 manat pulu isə borclu qalmasını Bərdə rayon Polis Şöbəsində etiraf etmiş və verdiyi izahatında təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Bərdə rayon Poliş Şöbəsində araşdırılma aparılmış, İddiaçı və Cavabdeh Sahil oğlunun izahatları alınmış, Cavabdeh Sahil oğlu izahatında İddiaçı aldığı uşaq bezlərini ərazidə olan mağazalara nisyə şəkildə verdiyini, sonradan həmin malların pulunu mağazalardan ala bilmədiyini və nəticədə İddiaçı 6200 manat pul verməli olduğu halda həmin pulu tam şəkildə verə bilmədiyini və İddiaçı 3400 manat pul borcu qaldığını göstərmişdir. AA seriyalı 252469 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı 5000 manat dəyərində uşaq bezlərini cavabdehə təqdim etmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq aldığı malların dəyərini tam ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini –borcun qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 3400 manat tutulmasını tələb etməkdə haqlıdır. X6 Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 54 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat vəsait İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-527/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-527/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver