Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-533/2020 13.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi x5 iştirakı ilə, iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin cavabdeh x3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 13 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x2 666.46 manat kredit borcu, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb verilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi x7 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 29 faizlə 1200 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 10.07.2018-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin 07.11.2019-cu il tarixli 1402 saylı və 03.01.2020ci il tarixli, 01 saylı məktubları ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi x4r. Cavabdeh, mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf soy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh x3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 01.08.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında 24 ay müddətinə 29 faizlə 1200 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 23.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.01.2020-ci il tarixə banka ümumilikdə 666.46 manat məbləğində kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 10.07.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli 1402 saylı məktubdan görünür ki, 10.07.2018-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh vəfatından sonra miras qalmış əmlaka dair Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan oğlu x3 Göyçay rayon Notariat Ofisində 11.01.2019cu il tarixdə 2V-25 reyestr nömrəsi ilə təsdiq edilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh x6 iş üzrə cavabdeh kredit götürən mərhum Cavabdeh birinci növbədə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi kredit götürən Cavabdeh vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum Cavabdeh vərəsəsi kimi x1 qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Təqdim edilmiş sübutlardan görünür ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə Cavabdeh arasında 24 ay müddətinə illik 29 faizlə 1200 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit götürən Cavabdeh 10.07.2018-ci il tarixdə vəfat etmiş, vərəsəsi oğlu, hazırki iş üzrə cavabdeh x6 müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh x6 mərhum atası Cavabdeh ilə iddiaçı arasında bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit götürdüyü pulu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı və dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh x2 666.46 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh x2 666.46 manat kredit borcu, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-533/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-533/2020
13.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver