Məhkəmə qərarları › İş №2(046)-535/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-535/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-535/2020 27.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdeh X3 vərəsəsi X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 vərəsəsi X1 1767.42 manat əsas borcu, 20.24 manat faiz borcu olmaqla cəmi 1787.66 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC cavabdehlər cavabdeh X3 vərəsəsi X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar