Məhkəmə qərarları › İş №2(046)-542/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-542/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-542/2024 08.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Mövlan qızının, Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı Mövlan qızının Cavabdeh Fəxrəddin oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Mövlan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Fəxrəddin oğlundan tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat müəyyən edilməsi və 50 mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X2 və X1 üçün hər ay hər uşağa görə 50 manat cəmi 100 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşaqların zəruri təlabatlarını ödəmir. Cavabdeh ona uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (arvadı) Nümayəndə iddiaya etirazı: Cavabdeh Fəxrəddin oğlu onun əridir, birgə nikahlarından 28 fevral 2013-cü il tarixdə X6 və 12 dekabr 2017-ci il tarixdə X4 anadan olmuşdur. İddiaçı 2022-ci ildə Cavabdeh Fəxrəddin oğluna qarşı 29 yanvar 2008-ci ildə anadan olmuş X2 və 22 avqust 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan iddiaçı məlum olmayan səbəbdən hər iki azyaşlı uşaqları anasının yanında qoyaraq Bakı şəhərinə getmişdir. Sonradan İddiaçı biləndə ki, uşaqları atasının üstünə atıb getdiyinə görə aliment ala bilməyəcək, Goranboyda yaşadıqları ünvana gələrək səs-küy salıb azyaşlı uşaqları aparmışdır. Bu hadisədən güclü psixoloji sarsıntı keçirən Cavabdeh Goranboy xəstəxanası tərəfindən Mingəçevir Psixo-Nevroloji Dispanserinə göndərilmiş, orada HPK-nın tibbi qərarı ilə Cavabdeh Qarışıq dissositiv (konversion) pozuntu, təhlükəli davranış diaqnozu qoyulmuşdur. Mingəçevir Psixo- Nevroloji Dispanserində həkim komissiyası bildirmişdi ki, xəstə evdə müalicə ala bilməz, onu mütləq xəstəxanaya yerləşdirmək lazımdır. Ona görə də oradan X11 Dispanserinə göndərilmişdir. X9 bir müddət yatdıqdan sonra Elçini Goranboya gətirmiş və Goranboy xəstəxanası yenidən xəstəni stasionar müalicə üçün Gəncə şəhər Psixatriya Xəstəxanasına göndərilmişdir. Hazırda Cavabdeh Fəxrəddin oğlu tez-tez əsəbiləşir, etdiyi hərəkətləri anlamır, müxtəlif dərman vasitələri qəbul etdikdən sonra bir qədər sakitləşir. Elçinin dərmanları bahalı olduğundan işləyərək əldə etdiyi vəsaitlə həm Elçinin dərmanlarını alır, həm də azyaşlı uşaqlarını dolandırır. Cavabdeh psixoloji problemlərdən əziyyət çəkdiyindən heç yerdə onu işə də götürmürlər. Əslində iddiaçının məqsədi aliment qaldırmaq yox, Elçini tutdurmaqdır. Aldığı aliment pullarını uşaqlara xərcləmir və uşaqlara anası baxır. İddiaçı vaxtaşırı Elçinə zəng edib onu tutduracağı ilə hədələyir. Hesab edir ki, Cavabdeh belə psixoloji pozğunluğu olduğu vəziyyətdə heç cür aliment ödəyə bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Mövlan qızı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin ödədiyi aliment uşaqların saxlanması üçün kifayət etmir. Belə ki, uşaqlar böyümüşdür. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (arvadı) Nümayəndə etiraz ərizəsində göstərdiyi xüsusatları müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-425/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Fəxrəddin oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Mövlan qızına verilmişdir. Məhkəməyə təqdim edilmiş mediator Akif Kərimov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci İddiaçı Mövlan qızı tərəfindən ödənilmişdir. Qeyd: Cavabdeh Fəxrəddin oğlu medasiya sesiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Mövlan qızı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh Fəxrəddin oğlundan hər ay tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı Mövlan qızı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Fəxrəddin oğlundan hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu, tərəflərin maddi vəziyyətini nəzərə alıb hesab edir ki, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 150 manat müəyyən edilməsinə qanuna məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh Fəxrəddin oğlundan illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Eləcə də iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Mövlan qızının xeyrinə Cavabdeh Fəxrəddin oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Fəxrəddin oğlundan Göyçay rayon Məhkəməsinin 2(046)-425/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh Fəxrəddin oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər ay hər uşağa 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Mövlan qızının xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh Fəxrəddin oğlundan 44 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. 50 manat mediasiya xərci Cavabdeh Fəxrəddin oğlundan alınaraq İddiaçı Mövlan qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar