Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-551/2020 16.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağıroğlunun sədrliyi Məmmədov Səbuhi Məltəb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı zamanı cavabdehlə razılığa gələrək ondan 50 manat aldığını göstərmiş və buna görə də iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-551/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-551/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver