Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-565/2022 17.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 410.94 manat əsas, 79.23 manat faiz, 16.80 manat cərimə borcu olmaqla cəmi 506.97 manat kredit borcunun, 24.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2217.32 manat əsas, 162.34 manat faiz, 38.57 manat cərimə borcu olmaqla cəmi 2418.23 manat kredit borcunun ümumilikdə hər iki müqavilə üzrə 2925.20 manat kredit borcunun və 49.26 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə FİNtrend BOKT arasında 16.01.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 36 faizlə 36 ay müddətinə 611 manat kredit verilmişdir. FİNtrend BOKT ilə Nikoyl Bank İKB ASC arasında tələbetmə hüquqlarının güzəşt edilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı ASC arasında 24.07.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi bağlanmış və cavabdehə illik 23 faizlə 36 ay müddətinə 3000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. 19.11.2021-ci il tarixədək Cavabdeh banka 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 410.94 manat əsas, 79.23 manat faiz, 16.80 manat cərimə borcu olmaqla cəmi 506.97 manat kredit borcunun, 24.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2217.32 manat əsas, 162.34 manat faiz, 38.57 manat cərimə borcu olmaqla cəmi 2418.23 manat kredit borcunun ümumilikdə hər iki müqavilə üzrə 2925.20 manat kredit borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 49.26 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 16.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, FİNtrend BOKT ilə Cavabdeh arasında 36 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə, 611 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 24.07.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə, 3000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 19.11.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin banka 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 410.94 manat əsas, 79.23 manat faiz, 16.80 manat cərimə borcu olmaqla cəmi 506.97 manat kredit borcu, 24.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2217.32 manat əsas, 162.34 manat faiz, 38.57 manat cərimə borcu olmaqla cəmi 2418.23 manat kredit borcu ümumilikdə hər iki müqavilə üzrə 2925.20 manat kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 10.05.2018-ci il tarixli tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 saylı müqavilədən görünür ki, FİNtrend BOKT ilə Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə tələbetmə hüquqlarını Nikoyl Bank İKB ASC (YeloBank ASC) əldə etmişdir. Məhkəməyə təqdim edilmiş hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 22.11.2019-cu il tarixli çıxarışdan görünür ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək "xxxx" ASC-yə dəyişdirilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 49.26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 49.26 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 410.94 manat əsas, 79.23 manat faiz, 16.80 manat cərimə borcu olmaqla cəmi 506.97 manat kredit borcu, 24.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2217.32 manat əsas, 162.34 manat faiz, 38.57 manat cərimə borcu olmaqla cəmi 2418.23 manat kredit borcu ümumilikdə hər iki müqavilə üzrə 2925.20 manat kredit borcunun və 49.26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 16.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 410.94 manat əsas, 79.23 manat faiz, 16.80 manat cərimə borcu olmaqla cəmi 506.97 manat kredit borcu, 24.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2217.32 manat əsas, 162.34 manat faiz, 38.57 manat cərimə borcu olmaqla cəmi 2418.23 manat kredit borcu ümumilikdə hər iki müqavilə üzrə 2925.20 manat kredit borcu və 49.26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-565/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-565/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver