Məhkəmə qərarları › İş №2(046)-574/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-574/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-574/2020 24.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 65 manat əsas, 22.75 manat cərimə borcunun, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştiraki olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, «xxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış nisyə aqlı-satqı müqaviləsinə əsasən cavabdeh 390 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxxxxx» MMC ilə «xxxxxxxxxxxxx» MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs «xxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı olan 390 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun «xxxxxxxxxxxxxx» MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. X1 iddiaçıya 65 manat əsas, 22.75 manat cərimə borcu qalmışdır. Bundan başqa iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxx» MMC 390 manat məbləğində Minevra 195-65 R 15 saylı malın verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında 09 ay müddətinə hər ay 65 manat krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirildiyi halda, hər gün üçün məbləğin 0.5 faizi həcmində cərimə ödəməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxxxx» MMC arasında bağlanmış nisyə alıq-satqı müqaviləsi üzrə borcun tələb hüququ «xxxxxxxxxxxxxx» MMC yə keçmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu 65 manat əsas, 22.75 manat faiz borcu olmaqla, cəmi 87.75 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, «xxxxxxxxxxxxx» MMC 390 manat məbləğində Minevra 195-65 R 15 saylı malın verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında 09 ay müddətinə hər ay 65 manat krediti qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh «xxxxxxxxxxxxx» MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada qaytarmamış, daha sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə «xxxxxxxxxxxxx» MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borcun tələb hüququ «xxxxxxxxxxxxxx» MMC -yə keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-cimaddələrinəəsasənəşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPMnın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh tutularaq «xxxxxxxxxxxxxx» MMC -nin hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxx» MMC-nin iddiası təmin edilməli, Cavabdeh 65 manat əsas, 22.75 manat cərimə olmaqla, cəmi 87.75 manat borc və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq «xxxxxxxxxxxxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiatəmin edilsin. Cavabdeh 65 manat əsas, 22.75 manat cərimə olmaqla, cəmi 87.75 manat borc və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq «xxxxxxxxxxxxxx» MMC-nə ödənilsin. Qətnamənin icrası cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar