Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-575/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, Göyçay Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: Göyçay Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yaşayan Cavabdehə Fikrət qızı arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizənisini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin 8.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətinə düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Göyçay Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə icarə müqaviləsinə xitam verilməsi ilə bağlı təklif göndərilmiş, təklifə 10 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğvi qaydası müəyyən edildiyi halda, müqavilənin şərtlərinə tam əməl edilməmiş, müqavilədə göstərilmiş müddətlərə riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Göyçay Rayon İcra Hakimiyyəti Cavabdeh ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına tam riayət edilməsinə dair sənəd təqdim etmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.6, 264, 268-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qərara aldı: Göyçay Rayon İcra Hakimiyyətini Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-575/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-575/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver