Məhkəmə qərarları › İş №2(046)-576/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-576/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-576/2020 28.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh X3 iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 666000 rublun və 1100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh X4 ilə aralarında olan razılığa əsasən cavabdehə xx.xx.2007-ci il tarixdən Sankt-Peterburq şəhərində dəyərini qaytarmaq şərti ilə ******* (iki milyon altı yüz beş min) rubul dəyərində mal vermişdir. Cavabdeh həmin məbləğin ******* (bir milyon doqquz yüz otuz doqquz min) rublunu xx.xx.2008-ci il tarixdə qaytarmış, qalan 666000 (altı yüz altmış altı min) rublu isə aralarında olan şifahi razılığa əsasən və şahidlərin iştirakı ilə on il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. 2017-2018-ci ildə cavabdeh ona olan borcunu qaytarmadığı üçün Göyçay rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin vaxt cavabdeh Göyçay rayonu, Qarabaqqal kəndində özünəməxsus fərdi yaşayış evinin qarşısında olan 24 sot torpaq sahəsini borclu olduğu pul məbləğinin əvəzinə onun adına sənədləşdirəcəyini bildirmişdir. Lakin, torpağın ilkin qanunverici sənədləri olmadığından həmin torpaq sahəsinin sənədləşdirməsi üçün şahidlərin iştirakı ilə cavabdehə sənədləşdirmə işlərini aparması üçün 1100 manat pul vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş və öhdəliyi yerinə yetirməkdən yayınır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X5 2008-ci ildə X1 Peterpurq şəhərində meyvə tərəvəz aldığını, pulunu ödədiyini bildirmişdir. İddiaçının hazırda ondan pul tələbini tam əsassız hesab edir. Ona görə ki, həmin vaxtdan 12 ildən artıq müddət keçmişdir. Buna görə də İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə üç illik müddətin bitdiyi barədə ərizəsi nəzərə alınmaqla, tələbin rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının ondan əlavə olaraq 1100 manat pul tələbini əsassız hesab edir. İddiaçıın guya ona 2017- 2018-ci illərdə torpaq sənədləşdirilməsi üçün 1100 manat verdiyi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Buna görə də iddianın bu hissədə də rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş sadə yazılı formada tərtib edilmiş xx xxxxxxxx 2008-ci il tarixli qəbzdən görünür ki, X5 xx.xx.2007-ci il tarixdən başlayaraq İddiaçı Sankt-Peterburq şəhərindən nisyə olaraq 2.605 min manat (İki milyon altı yüz beş min rus rublu) dəyərində meyvə aldığını və ona həmin məbləğdən bir milyon doqquz yüz otuz doqquz rubl qaytardığını, qalan 666000 rublu Bakı şəhər sakini Yusifov Samir ilə birlikdə İddiaçı borclu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən imzalanmış sadə yazılı formada tərtib edilmiş qəbzin tarixi xx.xx.2008-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbinin 666000 manat rus rublu tələbinə dair hissə üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. X5 tərəfindən imzalanmış sadə yazılı formada tərtib edilmiş qəbz xx.xx.2008-ci il tarixdə bağlansa da hansı müddətədək qüvvədə olması göstərilməmişdir. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, on illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdeh X3 ona 1100 manat borclu olduğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı cavabdeh X2 666000 rublun və 1100 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdeh X2 666000 rublun və 1100 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar