Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-577/2021 16.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və və Cavabdeh2n qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 16 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə üzrə 52.26 manat əsas kredit borcun, 10.30 manat faiz borcu olmaqla, cəmi 62.56 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, 15.02.2019-cu il tarixdə Nikoyl İK ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 28 faiz olmaqla 12 ay müddətinə 1000 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 62.56 manat borcu yaranmışdır.Kredit müqaviləsinin təminatı kimi 15.02.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşür. Maddi imkanı olmadığından kreditini ödəyə bilməmişdir. 04.04.2021ci il tarixdə bankın hesabına 68 manat pul ödəmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 15.02.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İK ASC ilə ilə Cavabdeh1 arasında 12 ay müddətinə illik 28 faiz olmaqla 1000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 15.02.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki,Nikoyl İK ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.04.2021-cil tarixli qəbzdən görünür ki, Cavabdeh1 YeloBank ASC-nin xeyrinə 68 manat ödəmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 500 manat məbləğdən aşağı olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bankın hesabına ödənilmiş 68 manat pulun 62.56 manatı kredit borcunun bağlanması üçün tutulmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulduğundan, cavabdeh tərəfindən bankın hesabına ödənilmiş 5.44 manatı isə ödənilmiş 20 manat dövlət rüsumundan çıxılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.44 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-577/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-577/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver