Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-578/2020 27.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh özünü vəkil kimi təqdim edərək ona vəd etmişdir ki, oğlunun həbsdən azad olunması ilə bağlı bütün hüququ yardım göstərəcək və buna görə ondan 2500 manat istəmiş və sonradan bildirmişdir ki, məhkəmənin dəftərxanasına 200 manat şirinlik verilməlidir, nəticədə cavabdehə öz evində 2700 manat nəğd pul vermişdir. Lakin sonradan cavabdehin bütün hərəkətləri yalnız boş vədlərdən ibarət olmuşdur. Baxmayaraq ki, oğlunun hökmü çıxarılmış, cəzasını almışdır. Bundan sonra cavabdeh oğlu X2 Məhkəməsindən azad edilməsinə dair söz vermiş, lakin bu səfər də yalan vədlər vermişdir. Bundan sonra cavabdehdən verdiyi 2700 manat pulu tələb etmiş, göstərilən məbləğdən cavabdeh yalnız 200 manat pul qaytarmışdır. Bundan sonra dəfələrlə qalan pul tələb etsə də, cavabdeh qalan 2500 manat pulu qaytarmamış və məcbur olub Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə zəng vuraraq yuxarıda göstərdiyi halı danışaraq qanunla müəyyən edilmiş qaydada Cavabdeh barədə tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Göyçay rayon polis şöbəsində cavabdeh haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ittiham aktından görünür ki, Cavabdeh vahid qəsdlə davamlı olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılan müddətdə sonuncuya azadlıqdan məhrum etmə növündə cəza təyin olunmamasına nail olacağına dair atası İddiaçı yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr ayının 25-də bank vasitəsi ilə 201 manat, xx xxxxxx 2018-ci il tarixdə 100 manat pulunu ələ keçirdikdən sonra Göyçay Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə sonuncuya 06 ay azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi üçün həmin hökmdən veriləcək apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılan zaman Qoxmaz Abdullayevi həbsdən azad etdirəcəyinə dair atası İddiaçı yalan vəd verib aldadaraq apellyasiya şikayətinin göndərilməsindən ötrü Göyçay rayon məhkəməsinin dəftərxanasına verilməsi üçün 2019-cu ilin yanvar ayının istintaqa məlum olmayan günündə yaşadığı Göyçay rayonu Yeniarx kəndində 200 manat, 2019-cu ilin fevral ayının istintaqa məlum olmayan günündə isə məhkəmə hökmünün dəyişdiriləcəyinə nail olacağına söz verib yaşadığı evində 2200 manat pulunu alıb ələ keçirməklə İddiaçı ümumilikdə 2701 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı yalan vəd verib aldadaraq dələduzluq yolu ilə İddiaçı 2700 manatını mənimsəmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 2500 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-578/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-578/2020
27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver