Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-578/2023 27.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2000 manat məbləğində xurma məhsulunun dəyərinin, Cavabdeh3 iri buynuzlu mal-qaranın alqı-satqısından qalan 646 manat pulun alınıb ona verilməsini tələb etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, uzun illər onun bağından xurma məhsulunu alan Cavabdeh3 2021-ci ilin sentyabr ayında yaşadığı evə digər cavabdehlərlə birlikdə gələrək xurma məhsulunu nisyə almaq istədiklərini bildirmiş və razılığa gələrək xurma məhsulunu yığmağa başlamışlar. Cavabdehlərin yığdıqları xurma məhsulunun dəyəri 7000 manat olmuşdur. Cavabdeh3 2021 -ci ilin oktyabr ayında yaşadığı evə gələrək həyətində olan 1 baş iri buynuzlu erkək heyvanı alaraq şəhidə ehsan vermək istədiyini bildirmiş və onun oğlu da şəhid olduğu üçün Telmanın xoş niyyətinə görə həmin heyvanı nisyə satmağa razılaşmışdır. Telman iri buynuzlu mala görə 646 manat pulu iki günə ödəyəcəyini bildirmiş, lakin nisyə aldığı xurma məhsulunun dəyərindən 3000 manat hissəsini gətirib versə də malın pulunu ödəməmişdir. Cavabdeh3 2021 -ci ilin dekabr ayında xurma məhsulunun dəyərindən 2000 manat da ödəmiş və həmin vaxtdan sonra dəfələrlə tələb etsə də nə xurma məhsulunun dəyərindən qalan 2000 manat pulu, nə də nisyə aldığı dananın dəyəri olan 646 manat pulu ona qaytarmamışdır. Bu barədə Göyçay rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsi araşdırılmış və mübahisə mülki xarakterli olduğu üçün 22 sentyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlər Göyçay rayon Polis Şöbəsinə izahat verərək ona alqı-satqısından qalan pulu 2022-ci ilin dekabr ayında ödəyəcəyini bildirmiş, lakin artıq 1 ay keçsə də heç bir ödəniş etməmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaya etiraz: Cavabdeh1 iddia ərizəsinə etiraz verərək, 2021-ci ilin sentyabr ayında Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı oğlunun həyətyanı torpaq sahəsindən aldığı xurma məhsulundan 5000 manat ödənilməsini və qalan 2000 manatı avqust ayınadək ödəyəcəyini göstərmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək, 2021-ci ilin sentyabr ayında Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə İddiaçı oğlunun həyətyanı torpaq sahəsindən aldığı xurma məhsulundan 5000 manat ödənilməsini və qalan 2000 manatı avqust ayınadək ödəyəcəyini göstərmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi,iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, cavabdehlər xurmaya görə borclu olduğu 2000 manat puldan 100 manat ödəniş etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etdilər,iddiaya etiraz ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək maddi vəziyyətləri ilə əlaqədar hazırda həmin məbləğdə pulu ödəyə bilməyəcəklərini bildirib iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etdi,izahat verərək göstərdi ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə İddiaçı 7000 manat dəyərində nisyə xurma məhsulu alımış və iddiaçıya hissə-hissə ödəməklə 5000 manat qaytarmışlar. Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə iddiaçıya 2000 manat borcları qalmışdır. 2021-ci ilin oktyabr ayında İddiaçı 646 manat dəyərində bir baş iribuynuzlu heyvan almışdır. Qəssab işlədiyindən həmin puldan 30 manat dəyərində iddiaçıya ət vermişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, X1 Göyçay rayon Polis Şöbəsinə müraciəti əsasında araşdırılma aparılmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatları alınmış, cavabdehlər iddiaçıya xurma məhsulunun satışından 2500 manat borcları qaldığını və Cavabdeh3 isə bir baş iribuynuzlu heyvana görə iddiaçıya 640 manat borclu qaldığını etiraf etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əməlində cinayət tərkibinin əlamətləri olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,heyvanların,quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan və tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən olunur ki,İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2021-ci ilin sentyabr ayında 7000 manat dəyərində xurma məhsulunu və 2021-ci ilin oktyabr ayında Cavabdeh3 646 manat dəyərində bir baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdehlər 7000 manat xurma məhsulunun dəyərindən 5000 manatını İddiaçı ödəmişlər,qalan 2000 manatı ödəməmişlər.Cavabdeh3 nisyə aldığı bir baş iribuynuzlu heyvanın 646 manat məbləğində dəyərini ödəməmişdir. Tərəflar arasında 2021-ci ilin sentyabr ayında xurma məhsulunun nisyə alqı-satqı müqaviləsi bağlandığından,xurma məhsulunu təhvil almış alıcı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişlər.Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini,ya da ki,ödənilməmiş malın qaytarılmasını. Məhkəmə hesab edir ki,İddiaçı verilmiş əşyanın ödənilməsini tələb etdiyindən,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən xurma məhsulunun ödənilməmiş 2000 manat puldan yalnız 100 manatının ödənilməsi İddiaçı tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla , cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xurma məhsulunun ödənilməmiş 1900 manat hissəsi alınaraq İddiaçı verilməli,bununla da iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda nəzərə alır ki,heyvanların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar tətbiq edildiyindən, bir baş iribuynuzlu heyvanın 646 manat dəyəri Cavabdeh3 alınaraq İddiaçı verilməli,iddia bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, 46 manat 40 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xurma məhsuluna görə ödənilməmiş 1900 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh3 bir baş iribuynuzlu heyvanın 646 manat məbləğində dəyəri alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 46 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin.. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-578/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-578/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver