Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-584/2025 24.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X2 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiаçı İddiaçı məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiаçı İddiaçı tərtib edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1351/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilmişdir. Övladı böyüdüyü üçün xərcləri də artmışdır. Cavabdehin ödədiyi aliment uşağını böyütmək üçün kifayət deyildir. Göründüyü kimi iddiаçı İddiaçı iddia ərizəsində Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan əsaslara istinad etməmiş, iddia ərizəsini minimum əmək haqqı məbləğinin artımına əsaslanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiаçı İddiaçı Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən qətnamənin icrası zamanı tutulmalı alimentin müvafiq indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prоsеssuаl Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddiаçı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiаçı İddiaçı izah edilsin ki, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icrası zamanı tutulmalı alimentin müvafiq indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rаyоn Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(046)-584/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-584/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver