Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-599/2021 30.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 756 manat əsas borc, 75 manat cərimə olmaqla cəmi 831 manat, xx.xx.2019-cu il tarixli 00949374 saylı müqavilə üzrə 504 manat əsas borc, 50 manat cərimə olmaqla cəmi 554 manat və xx.xx.2019-cu il tarixli 00949553 saylı müqavilə üzrə 84 manat, 8 manat cərimə olmaqla cəmi 92 manat, hər üç müqavilə üzrə cəmi 1477 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə 1051 manat dəyərində 12 ay müddətinə Samsung Galaxy A70 markalı telefon, xx.xx.2019-cu il tarixli 00949374 saylı müqaviləyə əsasən cavabdehə 639 manat dəyərində 12 ay müddətinə Samsung Galaxy A40 markalı telefon və xx.xx.2019-cu il tarixli 00949553 saylı müqaviləyə əsasən dəyəri 92 manat olan Power Bank Mİ və 4D X1 aksesuar satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 430 manat ödəmiş, hazırda ümumilikdə 1477 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 1477 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 1051 manat olan Samsung Galaxy A70 markalı telefon cavabdehə nisyə satılmış, cavabdeh isə həmin malın dəyərini 12 ay ərzində hər ay 63 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00949374 saylı müqavilədən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 639 manat olan Samsung Galaxy A40 markalı telefon cavabdehə nisyə satılmış, cavabdeh isə həmin malın dəyərini 12 ay ərzində hər ay 42 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00949553 saylı müqavilədən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 516 manat olan Power Bank Mİ və 4D X1 aksesuar cavabdehə nisyə satılmış, cavabdeh isə həmin malın dəyərini 06 ay ərzində hər ay 14 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 756 manat əsas borc, 75 manat cərimə olmaqla cəmi 831 manat, xx.xx.2019-cu il tarixli 00949374 saylı müqavilə üzrə 504 manat əsas borc, 50 manat cərimə olmaqla cəmi 554 manat, xx.xx.2019-cu il tarixli 00949553 saylı müqavilə üzrə 84 manat, 8 manat cərimə olmaqla cəmi 92 manat, hər üç müqavilə üzrə cəmi 1477 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 756 manat əsas borc, 75 manat cərimə olmaqla cəmi 831 manat, xx.xx.2019-cu il tarixli 00949374 saylı müqavilə üzrə 504 manat əsas borc, 50 manat cərimə olmaqla cəmi 554 manat, xx.xx.2019-cu il tarixli 00949553 saylı müqavilə üzrə 84 manat, 8 manat cərimə olmaqla cəmi 92 manat, hər üç müqavilə üzrə cəmi 1477 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-599/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-599/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver