Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-610/2021 08.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 1963.33 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 21.02.2012-ci il tarixli 26L000000557 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında 25.11.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 2.25 faiz dərəcəsi olmaq şərti ilə 5500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.12.2015-ci il tarixli 026R**********S saylı və 22.12.2016-cı il tarixli, 026R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcundan və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.11.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3536.67 manat ödəmiş, onun 1963.33 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcundan və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.12.2020-ci il tarixə 1110 gün üçün hesablanmış faiz 0 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 11.12.2020-ci il tarixə 1110 gün üçün hesablanmış cərimə 0 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı QSC arasında 21 fevral 2012-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 1963.33 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 21.02.2012-ci il tarixli 26L000000557 saylı müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Məhkəməyə təqdim edilmiş 25.11.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında İddiaçı QSC ilə Cavabdeh1 arasında 24 ay müddətinə aylıq 2.25 faiz dərəcəsi olmaq şərti ilə 5.500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 21 fevral 2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.02.2012-ci il tarixli 26L000000557 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.11.2014cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.12.2015-ci il tarixli 026R**********S saylı və 22.12.2016-cı il tarixli, 026R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Müqavilənin təminatı kimi 21.02.2012-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bankla zaminlik müqavilələri bağlamış, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə AccessBank QSC arasında 25.11.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının müddəti 22.12.2016-cı il tarixli sazişə əsasən 27.03.2018-ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC arasında kredit razılaşması üzrə zamin kimi öhdəliyi 27.03.2018-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 15.02.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələrinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aralarında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 1963.33 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1963.33 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-610/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-610/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver