Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-62/2021 16.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Qarabaqqal kəndində yerləşən mülkiyyətində olan 1.34 ha torpaq sahəsindən 0.41 hektarından cavabdehin çıxarılması, 38.880 manat əldən çıxmış gəlirin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsinin həcmini artıraraq göstərmişdir ki, Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 1.34 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də cavabdeh buna məhəl qoymamışdır. Buna görə də iddia tələbinin təmin olunması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və 38.880 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil cavabdehin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X2 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyində və əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Qarbaqqal kəndində 1.34 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyəti kimi xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 109.80 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1275 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri çıxarışına əsasən iddiaçının xüsusi müılkiyyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh X3 qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının iddiası qismən təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh oğlu çıxarılmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı 38.880 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 10 manatı isə Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-62/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-62/2021
16.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver