Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-63/2024 12.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2344 manat 16 qəpik məbləğində dəymiş maddi zərərin, dövlət rüsumu kimi ödənilmiş 43 manat 45 qəpik və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 11 fevral 2023-cü il tarixdə mülkiyyətində olan «MERSEDES BENZ C» 180 markalı ** LT *** dövlət nömrə nişanlı minik avtomobili ilə Göyçay şəhərindən Bığır kəndinə gedərkən rayonun Hacalıkənd kəndi ərazisində saat 23 radələrində Cavabdeh idarə etdiyi avtomobillə yüksək sürətlə əks istiqamətdən onlara qarşı gələrək əvvəlcə X6 idarə etdiyi «VAZ 2106» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra qohumu X4 idarə etdiyi onun avtomobili ilə, daha sonra həmkəndlisi X5 idarə etdiyi «VAZ 21154» dövlət qeydiyyat nişanlı ** KA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş,hadisə zamanı xəsarət almış və mülkiyyətində olan avtomobilə 4176 manat məbləğində zərər dəymişdir. Göyçay rayon X7 Bölməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, cavabdeh Göyçay rayon Polis Şöbəsi DYPB-nin 02 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Ona 4176 manat məbləğində zərər dəysə də sığorta şirkəti cəmi 1831 manat 84 qəpik ödəniş etmişdir. Cavabdeh nəinki onun qəza nəticəsində aldığı xəsarətlə bağlı səhhəti ilə maraqlanmamış, hətta avtomobilinə dəymiş maddi zərərin qalan hissəsini ödəməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən qiymətləndirilmiş və iddiaçının avtomobilinə dəymiş ziyan 1831 manat 84 qəpik manat hesablanmışdır. İddiaçı da həmin məbləğlə razılaşmış və sığorta şirkətindən 1831 manatı almışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində avtomobilinə dəydiyi ziyan 4176 manat məbləğində olmamışdır. Hesab edir ki, İddiaçı avtomobilinə dəymiş ziyanın hesablanması üçün ekspertiza təyin edildiyi halda dəymiş ziyan 1831 manat 84 qəpik müəyyən oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alınaraq məhkəmədən İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən qiymətləndirlmiş və iddiaçının avtomobilinə dəymiş ziyan 1831 manat 84 qəpik ziyan hesablanmışdır. İddiaçı da həmin məbləğlə razılaşmış və sığorta şirkətindən 1831 manat 84 qəpik almışdır. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyan 4176 manat olmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş AD N 044679 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz C180» markalı ** LT *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçıdır. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli ziyan aktından görünür ki, «Mercedes Benz C180» markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə 4176 manat ziyan hesablanmışdır. İşə əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı avtomobilinə dəymiş ziyana görə 1831 manat 84 qəpik sığorta ödənişi ödənilmişdir. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «VAZ 21154» dövlət qeydiyyat nişanlı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X3 vəsiqəsi və etibarnaməsi olmaqla,ayıq vəziyyətdə idarə etdiyi «Vaz 2106» minik markalı ,** DX *** dövlət qeydiyyat nişanlı avtomobili, daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X1 vəsiqəsi və etibarnaməsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi «Mersedes Benz» markalı 99 LT658 dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X2 vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «Vaz 21154» minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti aidiyyatı üzrə Göyçay rayon X9 yol polis bölməsinə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «Vaz 21154» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23:00-da Göyçay rayon Hacalıkənd kənd ərazisində «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C180” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 3526 manat müəyyən edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 50 manatdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki,Göyçay rayon Vəkil Bürosunun hesabına 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023cü il tarixli qərarına görə 1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi «Vaz 21154» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X6 idarə etdiyi «Vaz 2106» minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili, daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X4 idarə etdiyi İddiaçı mülkiyyətində olan «Mersedes Benz» markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X5 idarə etdiyi Vaz 21154 dövlət qeydiyyat nişanlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olaraq 1831 manat 84 qəpik ödənilmiş, iddiaçı dəymiş ziyanın 4176 manat məbləğində olmasına istinad edərək Cavabdeh 2344 manat 16 qəpik (4176-1831,84=2344,16) tələb etmişdir. Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cu il tarixli 9/7513 nömrəli ekspert rəyinə görə dəymiş zərər 3526 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, «Mercedes Benz C180» markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3526 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı 1831 manat 84 qəpik məbləğində sığorta ödənişi verildiyindən, dəymiş zərər 1694 manat 16 qəpik müəyyən edilməli (3526-1831,84= 1694,16), 1694 manat 16 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. O ki qaldı Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin sığorta şirkəti tərəfindən qiymətləndirilməsini və dəymiş ziyanın məhz 1831 manat 84 qəpik hesablanmasını, iddiaçının həmin məbləğlə razılaşmasını və sığorta şirkətindən 1831 manat 84 qəpik almasını və buna görə də iddiaçının avtomobilinə dəydiyi ziyanın 4176 manat məbləğində olmamasını, maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsi barədə etirazına, məhkəmə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarında olan şərhi nəzərə alaraq qeyd edir ki, icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyindən,zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürə bilər.İş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası ilə iddiaçıya dəymiş zərərin sığorta ödənişindən artıq olması müəyyən edildiyinə və bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyinə, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilməsinə görə, İddiaçı zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin Cavabdeh alınmasını tələb etmək hüququna malik olmuşdur. Məhkəmə hesab edir ki,iddia qismən təmin edilərək iddianın 72 faizi təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərclərinin 72 faizi cavabdehə aid edilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin 200 manat olmasına dair təqdim edilmiş qəbzi nəzərdən keçirərək hesab edir ki, vəkilin göstərdiyi yardım yalnız iddia ərizəsinin tərtib olunması və ona lazımi olan sənədlərin əlavə edilməsindən ibarət olduğundan, vəkilə göstərdiyi yardıma görə xərcin məbləği 100 manat həddində nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə xərcləri 43 manat 45 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən və 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcdən ibarət olduğundan, məhkəmə xərclərinin 72 faizi-139 manat 28 qəpik hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1694 manat 16 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 72 faizi cavabdehə aid edilsin. Cavabdeh 89 manat 28 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov