Məhkəmə qərarları › İş №2(046)-638/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-638/2021

02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-638/2021 02.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar islahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə ona və ailə üzvlərinə (torpağa mülkiyyət hüququna dair JN 0099 saylı dövlət aktı) 2,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 2020-ci ildə arpa məhsulu əkmişdir. X2 30 aprel 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində taxıl sahəsinə baxmağa gedərkən Cavabdeh təxminən 100 baş qoyunu taxıl sahəsində otardığının şahidi olmuş və Amil Məsimov dərhal DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılmış və tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X1 inkişaf Mərkəzinə göndərilmişdir. X1 inkişaf Mərkəzinin 15 may 2020-ci il tarixli 58 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsrili bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Əkilmiş arpa məhsulu cavabdehin otardığı xırda buynuzlu heyvanların tapdağı altında tamamilə məhv olmuşdur. Dəymiş zərərin ödənilməsi kömək göstərilməsi üçün Şəkər bələdiyyəsinə və müxtəlif inzibati orqanlara müraciət etmiş, Şəkər Bələdiyyəsinin sədri cavabdehlə əlaqə saxlayaraq vurulmuş zərərin ödənilməsi üçün köməklik edəcəyini bildirmiş, lakin xeyli müddət sonra cavabdehin zərəri ödəməkdən boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2000 manat maddi zərər dəymişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0099 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Şəkər kəndində yerləşən 2.08 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsində izahat vermiş Cavabdeh izahatından görünür ki, özünə məxsus 12 baş xırda buynuzlu qoyunları var. Həmin qoyunlar 30.04.2020-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu Şəkər kənd sakinlərinin arpa məhsulu əkilmiş torpaq sahələrinə daxil olmuşlar. Qoyunları torpaq sahəsindən çıxartmaq istəyərkən həmin şəxslər ona yaxınlaşmış və niyə qoyunlarının onlara məxsus sahədə otardığını soruşmuşlar, onlara qoyunları əkin sahəsində otarmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş İnzibati Tənbeh vermə haqqında 15.05.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Şəkər İƏD-i nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Göyçay rayonu Veysəlli kəndində yaşayan Cavabdeh təsərüfatında 24 baş xırdabuynuzlu heyvan vardır. Məhkəməyə təqdim edilmiş Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixli rəyindən görünür ki, 1.2020-ci ildə Göyçay rayonu Şəkər kəndi ərazisində 1 (bir)hektar torpaq sahəsində payızlıq arpanın orta məhsuldarlığı 29.08 sentner ( yəni 2908 kq) olmuşdur.

2. 2020-ci ilin aprel ayı ərzində 1 (bir) hektar torpaq sahəsində arpa məhsulu əkilmiş ərazidə xırda buynuzlu heyvanların otarılması məhsuldarlığa mənfi təsir edə bilər.

3. Aprel ayında payızlıq arpa bitkisi boruaçıxma fazasında olduğu üçün, 24 baş xırdabuynuzlı heyvanlar (heyvanların yaş qrupundan, cinsindən , gün ərzində otarılmanin say və müddətindən, bitkinin inkişaf mərhələsindən, əkin sahəsinir suvarma və yağış nəticəsində nəmlənməsindən asılı olaraq ) 1 ha payızlıq arpa səhəsinə otarılmaqla və eləcədə bitkilərin tapdalanaraq zədələnməsi nəticəsində təqribən 5-25 faiz ziyan vura bilər.

4. 2020-ci ildə 1 (bir) ton arpa məhsulunun orta bazar qiyməti biçini zaman məhsulun keyfiyyətindən asılı olaraq 400-450 manat, qış və yaz mövsümünd: keyfiyyətindən asılı olaraq 500-550 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Şəkər kəndində yerləşən 2.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunun Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanların otarılması əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən maddi ziyan tələb edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh 30.04.2020-ci il tarixdə saat 19 radələrində təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 2.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya ziyan vurmuşdur. İddiaçıya dəymiş ziyan Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixdə verilmiş rəyə əsasən hesablanmalıdır.

1. İddiaçı məxsus torpaq sahəsinin 2020-ci il üçün orta məhsuldarlığı (2.08 ha X29.08 sentner (2908 kq) = 6048.64 kq) təşkil edir.

2. Cavabdeh 30.04.2020-ci il tarixdə təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 2.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya (6048.64X25/100=1512.16) 1512.16 kiloqram ziyan vurmuşdur. 3.Bununla da İddiaçı cavabdeh tərəfindən dəymiş ziyan (1512.16 kq X 0.50 manat = 756.08 manat) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı Cavabdeh tərəfindən ona 2000 manat ziyan vurulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 756.08 manat dəymiş ziyanın əvəzi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 756.08 manat dəymiş ziyanın əvəzi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar