Məhkəmə qərarları › İş №2(046)-640/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-640/2020

30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-640/2020 30.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 30 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şirkətə vurulmuş ziyana görə cavabdehdən 1433 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh adına verilmiş 12.11.2013-cü il tarixli şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ünvan 1 baxmayaraq, “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına verilmiş 29.09.2017-ci il tarixli şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ünvan 2 saylı ünvan qeyd edilmiş və cavabdeh həmin ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla Göyçay Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahimFəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar