Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-655/2021 22.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 196 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2015-ci il tarixdə X6 anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin 2.01.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqlarımın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qənamədən Şəki Apelyasiya Məhkəməsinə şikayət etmiş, cavabdehin şikayəti təmin edilərək üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat alimentin tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən kasassasiya şikayəti vermiş, Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat alimentin tutulması qət edilmişdir. Cavabdehin gecikdirərək ödədiyi aliment hazırda uşaqların maddi tələbatını ödəmir. Cavabdeh polis zabitidir, aylıq əmək haqqı 1500-1900 manat civarındadır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-87/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X1, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh tutulan 160 manat alimentin miqdarının artırılaraq hər ay 196 manat müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan hər ay hər uşağa görə 160 manat cəmi 480 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 196 manat cəmi 588 manat məbləğində müəyyən edilməsinə, eləcə də Cavabdeh maddi vəziyyətinin yüksəlməsi ilə bağlı halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh birgə nikahdan anadan olmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 196 manat məbləğində müəyyən edilməsi barədə iddia təmin edilməsin. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh birgə nikahdan anadan olmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 196 manat məbləğində müəyyən edilməsi barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-655/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-655/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver