Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-674/2020 01.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə və Cavabdeh İddiaçı2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25000 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərədə tutulmuş qaydada məlumat verilmiş, İddiaçı2 məhkəmə baxışında iştirak etməmiş, iştirak etməməsinin üzlü səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə, qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı2 Cavabdeh 25000 manat məbləğində borcu pul vermiş, bu barədə xx.xx.2020-ci il tarixdə cavabdehlə aralarında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə 25000 manat məbləğində borc pulu xx.xx.2020-ci il tarixədək iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borclu olduğu 25000 manatı İddiaçı2 qaytarmamışdır. Hesab edir ki, Cavabdeh İddiaçı2 qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası tam əsassızdır. Ona görə ki, Cavabdeh iddiaçıdan 25000 manat almadığını qeyd etməsinə baxmayaraq bu barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış, qeyd edilən məbləğdə pulu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı2 ona borc pul və ya hər hansı formada pul verməmişdir. İddia ərizəsində həmin kredit müqaviləsinin iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəllənin XİV fəslində əqdlərin etibarsızlığına dair normalar öz əksini tapıb. Həmin müddəalara əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin fəsildə etibarsız əqdlərin növlərini göstərib. Qanunvericilik buraya hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (Maddə 339); uydurma və yalan əqdlərin etibarsızlığı (Maddə 340); qeyri-ciddi əqdin etibarsızlığı (Maddə 341); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 342); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 343); on dörd yaşı tamam olmamış yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (Maddə 344); on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı (Maddə 345); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (Maddə 346); vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (Maddə 347); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (Maddə 349); əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasmın nəticələri (Maddə 350) kimi növləri daxil edib. Qanunvericilik bu əqdlərdən yalnız uydurma və yalan əqdlərin əhəmiyyətsiz olduğu müddəasını 340-cı maddədə göstərib. Belə ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı2 müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etmiş, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində həmin əqdləri bağlamağa məcbur olmuşdur. Buna görə də ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, İddiaçı2 Cavabdeh 25000 manat borc pul vermiş, Cavabdeh həmin pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı2 25000 manat borc pul almış, həmin pulu xx.xx.2020 qaytaracağını öhdəsinə götürmüş, lakin həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı2 məxsus 25000 manat pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ilkin iddia ərizəsində dövlət rüsumu tələb etmədiyindən, qarşılıqlı iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumları müvafiq olaraq hər iki tərəfə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 25000 manat alınaraq İddiaçı2 verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh 25000 manat məbləğində borc pul alınaraq İddiaçı2 verilsin. Qarşılıqlı iddia təmin edilməsinin. Cavabdeh İddiaçı2 qarşı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-674/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-674/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver