Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-706/2023 22.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X17 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X5 ailə başçısı olmaqla, ona, Nümayəndə, X8, X6 və X2 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixdə anası X5 vəfat etmişdir. Lakin cavabdeh ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə etməyinə imkan vermədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, eləcə də digər payçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində 1/6 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinə göndərilmişdir. Lakin cavabdeh paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri tərəfindən zəruri olan mərzçəkmə və inventarlaşdırma, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi məqsədilə ölçmə işlərinin aparılmasına maneələr yaratmışdır. Bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 24.01,2023-cü il tarixdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də Göyçay rayonu Çayarxı kəndində yerləşən paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd etdiyi xüsusatları müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona və uşaqlarına mərhum ərindən miras qalmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri münasib olmayan vaxtı gəldikdərindən onların ölçmə işlərinin aparılmasına razı olmamışdır.Başqa torpaq sahəsi və əmlakları yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası JN 180F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, mərhum X3, İddiaçı, X1, Nümayəndə və X7 ümumi birgə mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 691/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, Nümayəndə, X7 cavabdeh X4 və X2 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə tələbi təmin edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X15 Hüquqları Məhkəməsi «X9rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi,qərardadı,qərarı,əmri bütün dövlət hakimiyyəti,yerli özünüidarə orqanları,onların vəzifəli şəxsləri,ictimai birlikdər,siyasi partiyalar,həmkarlar ittifaqları,onların vəzifəli şəxsləri,həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-691/2020 saylı qətnaməsi ilə Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir.İddiaçının paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələr,iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması hissədə iddia tələbi təmin olunmamalıdır. Belə ki, qeyd edilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələr aradan qaldırılmalı,qalan hissədə iddia təmin olunmamalı,iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən, paylı mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına Cavabdeh yaratdığı maneələr aradan qaldırılsın. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-706/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-706/2023
22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver