Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-714/2023 09.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 310 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində tələbini əsaslandırdığı halları, yəni 2022-ci il tarixdə X2 310 manat borc pul verdiyinə dair notarial qaydada təsdiq edilmiş borc müqaviləsini ərizəsinə əlavə etməmişdir. Bu hal verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olnunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Buna görə də məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar İddiaçı tərəfindən verilmiş ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2,284-4.1.3, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına dövlət rüsumu kimi ödənilmiş 43 manat geri qaytarılsın. İddiaçı ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-714/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-714/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver