Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-725/2022 19.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat müəyyən edilməsi, azyaşlı oğlu X2 cərrahi əməliyyatı zamanı çəkdiyi 6000 manat məbləğində xərcin 4000 manat hissəsinin alınıb ona ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödədiyi 300 manat pulun Cavabdeh alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli 2(046)-615/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 04 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 15 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin 02 fevral 2016-cı il tarixdən alınıb ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qət etdiyi və cavabdehin gecidirərək kəsrlə ödədiyi hər uşağa 80 manat aliment hazırda uşaqlarının maddi tələbatını ödəmir. Belə ki, alimentin təyin edilməsindən sonra 6 ilə yaxın vaxt keçmişdir və hazırda, oğlu Ömərin 12, Əflatunun isə 10 yaşı var. Uşaqlar böyüdükcə onların saxlanması xərcləri də artır, uşaqların xərclərini ödəyə bilmir. Ötən 6 il ərzində cavabdeh yalnız təyin edilmiş alimenti fasilələrlə ödəməklə kifayətlənmiş, heç vaxt uşaqlarının həyatı və yaşayış şəraiti ilə maraqlanmamışdır. Halbuki, cavabdeh özü fərdi əməklə məşğul olmaqla yanaşı valideynləri ilə birlikdə yaşadığı həyətyanı təsərrüfatda mal-qara saxlamaqla yaxşı gəlir əldə edir. Bundan başqa böyük oğlu X3 ağır vəziyyətdə 2021-ci ilin iyun ayında MEDİCAL PLAZA hospitalında “Kəskin qanqrenoz appendisit” xəstəliyinə görə cərrahi əməliyyat olunmuş və bu zaman müayinə, müalicə və əməliyyata görə 6000 manat xərc çəkmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, yol nəqliyyat hadisəsi zamanı keçirdiyi xəsarətdən hal-hazırda yeriyə bilmir. Buna görə də heç bir yerdə işləmək qabiliyyətində deyil. İddaçıya alimenti valideyinlərinin köməyi ilə ödəyir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 2(046)-615/2016 saylı 07.03.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 04 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 15 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin 02 fevral 2016-cı il tarixdən alınıb İddiaçı ödənilməsi qət edilmişdir . Məhkəməyə təqdim edilmiş X6 tərəfindən verilmiş mədaxil qəbzlərindən və 26.01.2022-ci il tarixli Fakturadan görünür ki, X2 müalicəsinə 6067 manat xərc çəkilmişdir. Məhkəməyə təqdim edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə 28.12.2021-ci il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş 30.08.2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat Göyçay rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 19 saylı ərazi məşğulluq filialı tərəfindən 24.02.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirliik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 18.04.2020-ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsində göstərilir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsini və azyaşlı uşağın müalicəsi üçün xərclədiyi 6000 manat pulun, 4000 manatının cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İddiaçı məhkəmə baxışı zamanı cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşağa 200 manat müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, alimentin məbləği hər uşağa görə artırılaraq 140 manat, cəmi 280 manat müəyyən edilməlidir. Məhkəmə baxışı zamanı X6 tərəfindən verilmiş mədaxil qəbzlərindən və 26.01.2022-ci il tarixli Faktura ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh ilə birgə nikahdan anadan olmuş azyaşlı oğlu X2 müalicəsinə 6067 manat müalicə xərci çəkmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən uşağın müalicəsi üçün tələb edilən xərcin yarısı, yəni 3000 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədə müvafiqdir. Məhkəmə bu qənaətə gələrkən valideynlərin və uşağın ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 300 manat hüquqi yardım üçün vəkilə ödədiyi pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 04 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 15 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməli, Cavabdeh 3.000 manat müalicə xərci alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay rayon Məhkəməsinin 2(046)-615/2016 saylı 07.03.2016-ci il tarixli qətnaməsinə əsasən 04 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 15 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 04 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 15 yanvar 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 3.000 manat müalicə xərci alınaraq İddiaçı verilsin. Aliment, artırılan hissəyə nisbətdə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 34.4 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-725/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-725/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver